Elşad İskəndərovla bağlı mətbuatda yayılan məlumatlar tamamilə yalandır və qərəzlidir. ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. “Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hər hansı bir iclası keçirilməyib. Bu ilin 15 yanvar tarixində Ciddədə İƏT-in İqtisadi Sosial və Mədəni məsələlər üzrə İslam Komissiyasının iclası keçirilib və Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov həmin iclasda iştirak etməyib. Eyni zamanda, bildirilməlidir ki, sözügedən iclasda çoxsaylı məsələlər çərçivəsində İƏT Gənclər Forumu (İƏGF) haqqında layihəyə baxılıb. AR Prezidentinin təşəbbüsü ilə yaradılmış İƏGF-nin Avrasiya Regional Mərkəzinə ev sahibliyi edən Azərbaycan Mərkəzin gücləndirilmiş statusu və fəaliyyətlərini dəstəkləyən qətnamə layihəsi ilə çıxış edib. Azərbaycan suveren və müstəqil xarici siyasət aparır və öz maraqlarını bütün beynəlxalq təşkilatlarda müdafiə etmək hüququna malikdir və bunu edir. İclas nəticəsində məsələ ilə bağlı kompromis mətn və dil üzərində razılaşma nəticəsində sözügedən qətnamə layihəsi qəbul edilib. Həmin iclasda heç bir İƏT nümayəndəsi öz çıxışında hər hansı bir Azərbaycan diplomatının guya Türkiyənin onlara qarşı fəaliyyət aparması haqqında fikirlər səsləndirməyib. Belə bir iddia olmadığı üçün Azərbaycan XİN tərəfindən də hər hansı bir araşdırmanın aparılması, onun nəticəsində guya bu məlumatın E.İskəndərov tərəfindən səsləndirilməsi haqqında mətbuatda gedən fikirlər tamamilə yanlışdır və həqiqəti əks etdirmir. E.İskəndərov uzun illər İƏGF-yə səmərəli şəkildə rəhbərlik edib. Həmin müddətdə qurumun təşəbbüsü ilə Xocalı faciəsini ilk dəfə soyqırım kimi qiymətləndirən İƏT qətnamələri qəbul edilib, İƏGF-in fəaliyyətləri nəticəsində Azərbaycanın İslam həmrəyliyinə, həmçinin qlobal mədəniyyətlər arası dialoqa dəstəyi beynəlxalq səviyyədə tərənnüm edilib. Eyni zamanda, mərkəzi qardaş Türkiyədə yerləşən təşkilatın nüfuzunun artırılmasına nail olunub. Ötən il səlahiyyət müddətinin bitməsi ilə əlaqədar İƏGF Baş Assambleyasında E.İskəndərovun fəaliyyəti bütün üzv ölkələr tərəfindən təqdir edilib, həmçinin, o, İƏGF-in yeni sədrliyinə Türkiyənin irəli sürdüyü namizədin seçilməsinə dəstək verib. Mətbuatda məsələ ilə bağlı gedən yazılar həqiqəti əks etdirməyərək qərəzli xarakter daşıdığından Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə kölgə salır. Eyni zamanda, məlumatın dərhal erməni mətbuatında tirajlanması da müəyyən suallar yaradır. Mətbuatı bu sahədə həssas olmağa və Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı bir xələl gətirəcək yoxlanılmamış məlumatları verməkdən çəkinməyə çağırırıq”, - deyə XİN-in məlumatında qeyd olunub. Qeyd edək ki, mətbuatda Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə səfiri E.İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulduğuna dair məlumat yayılıb. İddia olunurdu ki, bu barədə qərar İslam Əməkdaşlıq Təşkilatının yanvarın 15-də keçirilən toplantısında qalmaqallı açıqlamadan sonra verilib. Belə ki, tədbir zamanı Körfəz ölkələrindən birini təmsil edən, adı açıqlanmayan səfirlərdən biri “Azərbaycan Xarici İşlər Nazirliyindən olan səlahiyyətli şəxs bizim ölkənin Bakıdakı səfirliyinə gələrək Türkiyənin bizə qarşı təxribat hazırladığını söyləyib” deyərək izahat tələb edib. Onun bu sözlərindən sonra Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Şahin Abdullayev məsələni Azərbaycanda aidiyyəti qurumlara məruzə edəcəyini bəyan edib. Türkiyə mediası bildirir ki, Azərbaycan adından xarici səfirliyə məlumat verən şəxsin Elşad İskəndərovun olduğu ortaya çıxandan sonra onun Türkiyəyə giriş və səyahətinə qadağa qoyulub.(Baku.vs)
XİN-dən Elşad İskəndərovun Türkiyəyə buraxılmaması xəbərinə MÜNASİBƏT



XİN: Azərbaycan SOA ölkələri ilə əməkdaşlığa hazırdır
Məmmədyarov Brüsselə gedir - Səbəb
Kəşmirlə bağlı mühüm iclas
Şuşada mühüm iclas başladı
Əli Əsədov iclas keçirdi
Azərbaycan və Rusiya arasında Xəzərlə bağlı məsləhətləşmələr keçirildi
XİN Azərbaycan-Rusiya danışıqları barədə məlumat yaydı
Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclasda iştirak etdi
Şuşa turizm paytaxtı seçildi
Çindən Qüds Zirvəsinə dəstək gəldi
Ceyhun Bayramov iclas keçirdi
Əli Əsədov nazirləri TOPLADI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 