Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır. ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan miqrasiya məsələlərinə həsr olunmuş "Budapeşt prosesi" forumunda deyib. Dövlət başçısı bildirib ki, hazırda Türkiyədə 100 minə yaxın erməni yaşayır, onlardan 40 mini Türkiyə vətəndaşıdır: "Türkiyə iqtisadi böhrana görə öz ölkələrindən qaçmağa məcbur olan erməniləri qovmur". R.T.Ərdoğan vurğulayıb ki, buna baxmayaraq, Qərb ölkələrində, o cümlədən Avropada 1915-ci il hadisələri ilə bağlı antitürk təbliğatı aparılır. Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə Ermənistandan Türkiyəyə 51,8 min turist gəlib. Bu, 2017-ci ilin göstəricisi ilə müqayisədə 7,37 faiz çoxdur. Ötən ilin təkcə dekabr ayında Türkiyəyə 3,9 min Ermənistan vətəndaşı (2017-ci ilin müvafiq dövrünün göstərici ilə müqayisədə 10,26 faiz çox) səfər edib. Türkiyəyə gələn Ermənistan vətəndaşlarının sayı hər ay ən azı 3 faiz artır. Türkiyə KİV-ləri yazır ki, hər ay minimum 200 nəfər Ermənistan vətəndaşı Türkiyədə qalır və qeyri-leqal olaraq işə düzəlir. Bunu erməni "xalq diplomatiyası", daha dəqiq desək, Türkiyədə kök salmaq salmaq yolu adlandırmaq olar. Xatırladaq ki, Türkiyənin Ticarət-Sənaye Palatasının (TOBB) məlumatına əsasən, 2018-ci ildə bu ölkədə erməni kapitallı 9 şirkət qeydiyyata alınıb. Göstərilən dövrdə Türkiyədə qeydiyyata alınan şirkətlərin ümumi kapitalı 1,1 milyon lirə (təqribən 213,6 min ABŞ dolları) təşkil edib. Ötən il erməni kapitallı şirkətlər əsasən (8 şirkət) İstanbulda qeydiyyatdan keçib. (trend)
Ərdoğan: Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi...



Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb
Azərbaycandan Türkiyəyə gedənlərin sayı açıqlandı
Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı açıqlandı
Ötən ay Azərbaycandan bu ölkəyə 60 mindən çox turist səfər edib
Azərbaycandan Türkiyəyə gedənlərin SAYI AÇIQLANDI
Ötən il Azərbaycandan Türkiyəyə nə qədər turist səfər edib?
Putin Türkiyəyə səfər edəcək
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə daşınmaz əmlak alır - RƏQƏMLƏR
Türkiyədə mülk alan Azərbaycan vətəndaşlarının SAYI NƏ QƏDƏRDİR?
Bu ölkədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artdı
Ərdoğan buna görə Azərbaycana təşəkkür etdi
Ərdoğan Yunanıstana səfər edəcək- 65 İLDƏN SONRA İLK DƏFƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 