Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının "Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1460-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
ONN media sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının "Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının "Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.



Milli Məclisin iclasının gündəliyi dəyişib
Milli Məclisdə 15 məsələyə baxılacaq
Milli Məclisin növbəti plenar iclası başladı
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı - SİYAHI
Milli Məclisin bugünkü iclasının gündəliyi açıqlandı
Deputatlar 12 məsələni müzakirə edəcək
Milli Məclisin iclası başladı
Milli Məclis bu gün 30 məsələyə görə toplanır
Bu gün Milli Məclis toplaşır: 19 məsələ müzakirə olunacaq
Milli Məclisin növbəti iclası nə vaxt keçiriləcək?
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 