Rusiyada adı korrupsiya qalmaqalında hallanan Vostoçnıy kosmodromunun inşası üçün Roskosmosun yeni podratçısı milyarder Araz Ağalarovun "Crocus Group" şirkəti ola bilər. ONN media Qaynarinfo-ya istinadən xəbər verir ki, layihə ilə bağlı "Crocus Group" şirkəti ilə müzakirələr davam etdirilir, lakin Ağalarovun şirkətindən Angara super ağır raketlərinin işə salınması üçün idarəetmə masası hazırlaması istənilir. Layihənin ümumi dəyəri 40 milyard rubldur. Layihənin tamamlanmasının Ağalarovun şirkətinə verilməsi ideyası əvvəlki podratçı "PSO Kazan"ın tikinti işlərini gecikdirdiyi üçün ortaya çıxıb. Yeni podratçının 90 faiz ehtimalla Ağalarovun şirkəti olacağı bildirilib. O, bildirib ki, Ural ətrafında bu səviyyədə güclü tikinti şirkəti yoxdur. Mənbənin sözlərinə görə, "Crocus Group" ölkənin şərqində kompleks layihələrin icrasında yüksək təcrübə görmüş yeganə podratçıdır. Vostoçnıy kosmodromunun tikintisinə 2011-ci ildə başlanılıb və 2015-ci ildə istintaq orqanları tərəfindən tikintidə mənimsəmə və korrupsiya olduğuna dair cinayət işi açılıb. Ötən il baş prokurorluq kosmodromun tikintisində oğurluq həcmini 10 milyard rubl dəyərində qiymətləndirib, 140 cinayət işi başlanıb və 50 nəfər həbs olunub. Bunlar arasında keçmiş podratçı "Pacific Bridge Construction Company" (TMK) şirkətinin rəhbəri İqor Nesterenko və "Dalspetsstroy"un iş icraçısı Yuri Xrziman da var. Vastoçnidəki problemlər ilk podratçı olan Xüsusi İnşaat Xidmətləri ("Spesstroy") şirkəti ilə müqavilənin ləğvindən sonra başlayıb və Müdafiə Nazirliyi tikinti işlərini öz üzərinə götürüb. Kosmodromun tikintisi ard-arda təxirə düşüb. Baş nazir Dmitri Medvedev layihənin birinci mərhələsinin ötən il başa çatdırılmalı olduğunu, lakin hazırda işlərin sadəcə dörddə bir hissəsinin görüldüyünü deyib.
Rusiyanın nəhəng layihəsi Araz Ağalarova verilir



Ağalarov da aeroport tikir
Emin Ağalarov vəzifəsindən ayrıldı
Ağalarov yeni biznesə başladı
Peskov Ağalarovun məkanında jüri oldu
Emin Ağalarovun məşhur layihəsində QADAĞA
Ağalarovlar Azərbaycanda daha 7 restoran açacaq
Məşhurlar Araz Ağalarovun doğum günündə – FOTO
“WhatsApp” İsrail şirkətini məhkəməyə verdi — SƏBƏB
Emin Ağalarov üçüncü dəfə evlənir: Görün kiminlə... - FOTO
Bakıda iki adanı birləşdirən yol çəkiləcək
“Wolt” şirkəti satılır
Paşinyan PLANLARI AÇIQLADI: atom elektrik stansiyası və zavod...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 