Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Avropa İttifaqının siyasi mərkəzi – Belçika Krallığının Brüssel şəhərində azərbaycanlıların Qarabağ həqiqətləri və Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş izdihamlı mitinqi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən ONN media -ya bildiriblər ki, mitinqdə Avropanın müxtəlif ölkələrindən təxminən 800-dək soydaşımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər. Azərbaycan himninin səsləndirilməsi ilə başlayan aksiya İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının sədri Günel Səfərovanın moderatorluğu ilə keçib. Mitinqdə çıxış edən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ingilis, alman, fransız, italyan, rumın və digər dillərdə “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və digər şüarlarla Avropa Parlamentinə, beynəlxalq təşkilatlara çağırış ediblər. Mitinq iştirakçıları 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla bütün azərbaycanlı əsir və girovların azad edilməsi, Ermənistan tərəfinin münaqişə ilə bağlı qəbul edilmiş məlum beynəlxalq sənədlərin qərarlarını yerinə yetirməsi tələblərini səsləndiriblər. Aksiyanın sonunda Avropa Parlamentinə ünvanlanan bəyanat qəbul edilib. Bəyanat Avropa Parlamentinin məsul şəxsləri, beynəlxalq təşkilatlar, səfirliklər, bir çox dövlət və hökumət rəhbərləri daxil olmaqla 2000-dək ünvana çatdırılıb. Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb. Media nümayəndələrinin də iştirak etdikləri izdihamlı mitinq kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə geniş işıqlandırılıb.
Brüsseldə izdihamlı Qarabağ mitinqindən GÖRÜNTÜLƏR



Almaniyada Ümumavropa Qarabağ mitinqi keçirilib
Xocalı ilə bağlı xüsusi aksiya
Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Dərnəyi Xocalı soyqırımının ildönümü ilə əlaqədar aksiya keçirdi
Avropa azərbaycanlıları Brüsseldə Azərbaycan Prezidentinə dəstək aksiyası keçiriblər
Avropa azərbaycanlıları Prezidentə dəstək aksiyası keçirdilər
“Xocalı-30” adlı videoçarx hazırlanıb
"Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik"
Stokholmda Xocalı soyqırımı tədbiri
Şuşada Xocalı qurbanları anıldı
Xalqın öz rəhbərinə dəstəyinin nümayişinə çevrilən yürüş
Ərdoğan İstanbulda izdihamlı mitinq keçirdi
Niderlandda mart soyqırımı ilə bağlı “Səssiz yürüş” keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 