Gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq.
ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: "Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq".
İlham Əliyev vurğulayıb ki, minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi:
"Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaqdır".



Pensiyalarla bağlı xəbər var
Pensiyaçılara ŞAD XƏBƏR: yanvarın 1-dən...
"Qadınların əməkhaqqında artım olacaq"- Nazir
Maaş artımları ilə bağlı nazirdən açıqlama
Prezidentin sərəncamı neçə nəfərin maaşına təsir etdi?
Pensiyalar daha çox artırıla bilər?
Azərbaycanda minimum pensiyanın məbləği qaldırılır - MƏBLƏĞ
Maaş artımı ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ: yanvarın 1-dən ... - VİDEO
Azərbaycanda minimum pensiya 200 manata çatdırılır
Sərəncam Azərbaycanı MDB-də II yerə qaldırdı
İşçilərinə bu qədər maaş verməyənlər 1500 manat cərimələnəcək - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 