Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə sabah Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfərə gedəcək.
QMİ-nin Mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, Şeyxülislam A.Paşazadə Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti toplantısını keçirəcək. Şuranın bu dəfəki toplantısı Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevin anadan olmasının 65 illik yubiley ilə əlaqədar keçirilir.
Şuranın iclasında həmçinin cari məsələlərin, Qafqaz xalqlarının qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımların müzakirəsi nəzərdə tutulur.
QXADŞ-nın Vladiqafqazda keçirilən toplantısından sonrakı dövrün hesabat məruzəsi ilə Şuranın sədri, şeyxülislam A.Paşazadə çıxış edəcək.
Çerkesskə səfər çərçivəsində QMİ sədrinin respublika rəhbərliyi, din xadimləri və Qaraçay-Çərkəzdəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşləri nəzərdə tutulur.



Azərbaycan, Rusiya və Ermənistan dini liderləri Moskvada görüşəcək
Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb
Allahşükür Paşazadə qan verdi
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına getdi
Prezidentdən Allahşükür Paşazadə ilə bağlı - SƏRƏNCAM
Allahşükür Paşazadə qan verdi
Allahşükür Paşazadə Hindistana gedir
QHT RƏHBƏRİ ŞEYXƏ MÜRACİƏT ETDİ
Allahşükür Paşazadə Türkiyəyə getdi
Şeyx Qazaxıstanın ali ordeni ilə təltif edildi
Allahşükür Paşazadə erməni dini liderlə görüşünün mümkünlüyündən danışıb
Şeyxə medal təqdim olundu- Sərəncam
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 