Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
ONN media xəbər verir ki, məlumatda deyilir: Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan, hal-hazırda Ağdam rayon məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində 1942-ci il təvəllüdlü Səriyə Hacıyevaya məxsus, ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi dəhlizə yığılmış ev əşyaları 5 m² sahədə, 1 ədəd plastik pəncərə çərçivəsi və 50 p.m elektrik kabelləri yanıb.
Yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənmiş halda, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlunun meyitləri tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən çıxarılaraq Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili tibbi yardım briqadalarına təhvil verilib, daha 42 nəfər bina sakini təxliyə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Mingəçevirdəki yataqxanada YANĞIN: Zərərçəkənlər var
Gəncədə partlayış: 3 nəfər xəsarət aldı
Yaşayış binasındakı yanğınla bağlı RƏSMİ MƏLUMAT
Yasamalda yataqxanada yanğın
Bakıda yaşayış binasında yanğın olub- ÖLƏN VAR
Nəsimidə yataqxana YANDI — 4 nəfər...
Bakının mərkəzində güclü yanğın
Bakıda yaşayış binasında yanğın: zəhərlənən var
Yataqxanada yanğın baş verib
Yanğın zamanı evsiz qalanlara yaşayış yerləri ayrıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə edildi
Yanan yataqxanadakı köçkünlər hara yerləşdiriləcək?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 