ABŞ-ın Azərbaycandakı səfiri olmaq mənim üçün böyük şərəfdir. ONN media Report -a istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litsenberger deyib. "Diplomat kimi xidmət göstərdiyim 34 il ərzində Əfqanıstanda, Əlcəzairdə, Belçikada, Bolqarıstanda, Fransada, Gürcüstanda, Qazaxıstanda, Qırğızıstanda və Serbiyada çalışmışam. İndi isə Azərbaycana gəlməyimdən çox məmnunam", - Ö.Litsenberger bildirib. "ABŞ və Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. Ölkələrimiz 25 ildən çoxdur təhlükəsizlik, energetika, iqtisadi artım və demokratik inkişaf kimi mühüm sahələrdə əməkdaşlıq edir. ABŞ-ın Azərbaycandakı səfiri kimi ikitərəfli əməkdaşlığımızın bütün aspektlərini gücləndirməyə davam etmək naminə çalışacağam", - səfir söyləyib. O, tezliklə Azərbaycana gələcəyini bildirib. Xatırladaq ki, ABŞ Senatı Ö.Litsenbergerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiq edib. Onun sələfi Robert Sekuta ötən ilin mart ayında ölkəmizdəki diplomatik missiyasını bitirib.
ABŞ-ın Azərbaycandakı yeni səfiri: Mənim üçün böyük şərəfdir...



ABŞ-ın Azərbaycandakı yeni səfiri bu gün Bakıya gəlir
Azərbaycan, Türkiyə və İsrail səfirləri görüşdü
Qazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olundu
Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başladı
Yunanıstan Azərbaycana yeni səfir təyin etdi
İsrailin yeni səfirinin Azərbaycana gələcəyi TARİX AÇIQLANDI
Fransa Azərbaycana səfir təyin etdi
Azərbaycan və Ermənistan səfirləri Bakıda görüşdü
ABŞ səfiri ölkəmizi TƏRK EDİR
Çexiyanın Azərbaycandakı səfiri postunu tərk edir
İran səfirindən Laçın təbriki
Vəzifəsindən azad edilmiş rus səfiri Azərbaycan xalqına müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 