Erməni dicey “Onetreeevn” İrəvanda “Boiler Room” şousu çərçivəsində səhnəyə üzərində “Musiqidə düşmən yoxdur! Bakı və İrəvan – dostdur! Dünya – bizim evimizdir!” yazılmış köynəklə çıxıb.
ONN media xəbər verir ki, sözügedən məsələ qısa müddətdə sosial şəbəkələrdə populyarlıq qazanıb.
Erməni diceyin qeyri-adi addımı erməni istifadəçilərin qəzəbinə səbəb olub.
Qeyd edək ki, Stokholmdan tutmuş Şanxaya qədər dünyanın 100-dən çox şəhərində keçirilən şou – “Boiler Room” Azərbaycana ilk dəfə mart ayında çatıb. Bu, Bakının klub həyatında böyük hadisə olub.
Azərbaycanın paytaxtındakı layihənin qəhrəmanları 5 nəfər yerli musiqiçi və dicey olub: İsfar Sarabski, İrşad Hüseyn, “Cestlek”, “Mozzy” və “George effe”.
Bakıdan dərhal sonra “Boiler Room”un təşkilatçıları Ermənistana yollanıblar. İrəvandakı “Boiler Room”dan ilk canlı yayım 5 saat davam edib və internet məkanında böyük maraq doğurub.
“Boiler Room”un İrəvan turnesinin əsas hadisəsi hər kəsdən öz köynəyi ilə seçilən erməni dicey “Onetreeevn”ın çıxışı olub.
Şounun təşkilatçıları və diceyin özü baş verənləri şərh etməkdən imtina edib. Axar.az



“Location”dakı partlayışda məşhur şirkətin meneceri də ağır yaralanıb
Dövlət qulluğu imtahanına 3 gün qaldı
Azərbaycanda bu şəxsə yüksək VƏZİFƏ VERİLDİ
Azər Hüseynov yüksək vəzifəyə TƏYİN EDİLDİ
Bakıdan İstanbula uçanlara ŞAD XƏBƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 