Azərbaycanın 2018-ci ildə aldığı silahların siyahısı məlum olub. ONN media xəbər verir ki, bununla bağlı məlumat Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun (SIPRI) illik hesabatında verilib. Bildirilib ki, Azərbaycan 2018-ci ildə Belarusdan 10 ədəd “B-200BM Polonez” reaktiv yaylım atəşi sistemi alıb. Sistemin sifarişi 2017-ci ildə olub və ötən il layihə reallaşdırılıb. Ötən il Azərbaycan Çexiyadan 30 ədəd “RM-70 122mm” sistemi alıb ki, bu silahların sifarişi 2016-cı ildə olub. Həmin sistemlər təhvil verilməzdən əvvəl saz vəziyyətə gətirilib. 2018-ci ildə Azərbaycan İsraildən altı ədəd OPV-62 markalı gözətçi gəmisi, iki ədəd “Saar-72” gəmisi, 100 ədəd “Orbiter 1K” bazalı “Zərbə” pilotsuz uçuş aparatı, 250 ədəd “Spike-NLOS” raketi, 100 ədəd “SandCat” zirehli maşını, 100 ədəd “Skystriker” kamikadze dronu, iki ədəd “Hermes-900” pilotsuz uçuş aparatı, 50 ədəd LORA raketi, dörd ədəd LORA reaktiv sistemi, 10 ədəd “Sandcat SPEAR 120mm” zirehli avtomobilləri alıb. Bunlardan OPV-62, “Saar-72” və “Spike-NLOS” 2013-cü ildə, “SandCat” 2015-ci ildə, “Orbiter 1K” və “Skystriker” 2016-cı ildə, “Hermes-900”, LORA və “Sandcat SPEAR 120mm” isə 2017-ci ildə sifariş edilib. Ötən il sifarişlər tam təhvil verilib. Ötən il Azərbaycan Pakistandan 10 ədəd “MFI-17 Supporter” təlim qırıcısı alıb. Həmin qırıcıların sifarişi 2017-ci ildə edilib. 2018-ci ildə Azərbaycan Rusiyadan 70 ədəd BTR-82A zirehli transportyorları, 800 ədəd 9M123/AT-15 və 24 ədəd “9P157-2 Khrizantema-S” anti tank raketləri alıb. Silahların sifarişi 2016-2017-ci illərdə olub və sifariş tam yerinə yetirilib. Ötən il Azərbaycan Slovakiyadan 36 ədəd 152 mm-lik “DANA” özüyeriyən artilleriya sistemləri alıb. İkinci əl olan və saz vəziyyətə gətirilən silahların sifarişi 2012-ci ildə verilib. Azərbaycan 2017-ci ildə Türkiyədən 25 ədəd SOM silah sistemi sifariş edib və ötən il bu sistemlərdən beş ədədini əldə edib. Ötən il Azərbaycan iki ədəd ikinci əl “Bell-412” helikopteri alıb.
Azərbaycanın 2018-ci ildə aldığı silahlar - SİYAHI



Müharibənin 78-ci günü: Rusiyanın itkiləri AÇIQLANDI
63-cü gün: Rusiyanın Ukraynadakı itkiləri AÇIQLANDI
58-ci gün: Rusiyanın Ukraynadakı itkiləri AÇIQLANDI
Müharibənin 57-ci günü: Rusiyanın Ukraynadakı itkiləri açıqlandı
80-ci gün: Rusiyanın itkiləri açıqlandı
Rusiyanın 21 mindən artıq hərbçisi öldürülüb - RƏSMİ
Rusiyanın itkiləri açıqlandı - ŞOK RƏQƏMLƏR
53-cü gün: Rusiyanın itkiləri açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 