Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti, Çin Xalq Respublikasının xarici işlər nazirinin xüsusi köməkçisi Vu Haylonqu qəbul edib.
Prezidentin Mətbuat Xidmətindən ONN media-ya verilən məlumata görə, görüşdə Bakıda keçiriləcək VII Qlobal Forumun əhəmiyyətinə toxunuldu, bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə töhfə verdiyi vurğulandı.
Qəbula görə minnətdarlığını bildirən Vu Haylonq Azərbaycana səfərindən və bu tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. O, Çin ilə Azərbaycan arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycan-Çin əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Çinə rəsmi səfərlərini xatırlayan Prezident İlham Əliyev orada Çin Xalq Respublikasının Sədri ilə keçirdiyi görüşlər zamanı iqtisadiyyat, ticarət, infrastruktur, nəqliyyat və digər sahələrdə əlaqələrimizin inkişaf perspektivləri barədə səmərəli müzakirələrin aparıldığını qeyd etdi.



İlham Əliyev Rəşid Meredovu qəbul edib
İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirini qəbul etdi
İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul etdi
Prezident İranın Xarici İşlər nazirini qəbul etdi
İlham Əliyev Fuad Oqtayla görüşdü
İlham Əliyev Hakan Fidanı qəbul etdi
İlham Əliyev pakistanlı naziri qəbul edib - YENİLƏNİB
Prezident serbiyalı naziri qəbul etdi
İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib
İlham Əliyev Binəli Yıldırımı qəbul edib
Prezident Qətərin Xarici İşlər nazirini qəbul etdi
İlham Əliyev Serbiya Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 