Prezident İlham Əliyev “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Soçi şəhərində keçirilmiş 2017-ci il 11 oktyabr tarixli iclasında imzalanmış “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”u Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilirlər. Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən Protokolun Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.
Prezident sərəncam imzaladı



Prezident Dövlət Proqramında dəyişiklik etdi
Azərbaycanda narkotiklərə və psixotrop maddələrə qarşı mübarizə sərtləşdirilir
“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair Dövlət Proqramı” qəbul edilib
Milli Məclis bu gün 30 məsələyə görə toplanır
İlham Əliyev sərəncam imzaladı
Deputatlar bu gün 15 məsələyə görə TOPLANIR
Milli Məclisin iclasının gündəliyi dəyişib
Milli Məclisin iclası başladı
Milli Məclisin növbəti plenar iclası başladı
Milli Məclisin iclası başladı
Milli Məclis 19 məsələni müzakirəyə çıxaracaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 