Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızının ifa etdiyi mahnıya məzəli videoçarx hazırlayan Şəki Mərkəzi Xəstəxanasının 5 əməkdaşı işdən qovulub. İşdən çıxarılan tibb bacısı İlahə İsrafilova iddia edib ki, xəstəxananın baş həkimi Elçin Əmirov belə bir addım atdıqları üçün onları cəzalandıraraq məcburi ərizə yazdırıb.
ONN media xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məsələylə bağlı açıqlamasında bidirib ki, işdən çıxarılan şəxslərə ərizə məcburi şəkildə yazdırılıbsa, məhkəməyə müraciət edə bilərlər:
“Biz hüquqi dövlətdə yaşayırıq. Videoda qabaqda oxuyan xanım öz ərizəsi ilə işdən ayrılıb. Əgər hesab edirsə ki, o ərizəni ondan məcburi alıblar məhkəməyə getsin. Hər hansı bir müəssisənin işçisi ilə müdir arasındakı problem həmişə məhkəmədə həll olunub, televiziyada yox. Əgər məqsədi həqiqətən işə qayıtmaqdırsa, həmin xanım məhkəməyə müraciət etməlidir. Bildirməlidir ki, hüquqları tapdalanır. Məhkəmə qərarı ilə də işə bərpa olunmalıdır. Ancaq məşhurlaşmaq istəyirsə, videonu belə internetdə, televiziyada yaya bilər.
Bu məsələnin nazirliyə heç bir aidiyyatı yoxdur. Çünki Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi və 1400 işçisi var. O işçilərlə rəhbərin münasibətində münaqişə yaranırsa, problem hüquq müstəvisində həll olunmalıdır. Etik davranış normaları var. İşçi iş vaxtı elə edirsə, müəyyən tənbehlər nəzərdə tutulur”.
Məsələ ilə bağlı Şəki Mərkəzi Xəstəxanasının baş həkimi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmayıb.
Qeyd edək ki, işdən çıxarılanların arasında 40 ildir sözügedən xəstəxanada işləyən tibb bacısı Mirvari Salmanova da var. Digərləri isə tibb bacısı İlahə İsrafilova, xadimələr Ruhəngiz Səmədova, Arzu Zaharova və adının çəkilməsini istəməyən bufetçidir.



Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları İŞDƏN QOVULDU
Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları işdən çıxarılıb
"Onlara maaşlarından çox pul verəcəm"- Afət Fərmanqızı
İlkinin polis əmisi oğlu işdən çıxdı – Şok səbəb
İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi
Sərkisyanın qızı işdən çıxarıldı- SƏBƏB?
FHN-da vəzifəli şəxslər işdən çıxarılıb?
"Bacım qızının başına daş düşsün" -Abid Şərifovdan işdən çıxarılan direktor qohumu haqda SƏRT AÇIQLAMA
Pərvinlə videosuna görə işdən çıxarılan gənc İLK DƏFƏ DANIŞDI
Ordubadda vəzifəli şəxs işdən çıxarıldı
Azərbaycanda vəzifəli şəxs İŞDƏN AZAD EDİLDİ
Baş həkim işdən niyə azad olundu?
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 