Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.
ONN media xəbər verir ki, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycana gəlməsindən və VII Qlobal Bakı Forumunda iştirak etməsindən məmnunluq hissi keçirdiyini bildirib. O, bu tədbirin beynəlxalq əməkdaşlığa dəyərli töhfə verdiyini deyib. Əbdüləziz Osman əl-Tuveycri qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi və müdrik siyasəti ilə Azərbaycan uğurla inkişaf edir, çiçəklənir və ölkəmizin təkcə regionda deyil, bütün dünyada mövqeləri gündən-günə möhkəmlənir.
Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını ifadə edərək Əbdüləziz Osman əl-Tuveycriyə VII Qlobal Bakı Forumunda iştirakına görə təşəkkürünü bildirib. Dövlət başçısı VII Qlobal Bakı Forumunun qlobal məsələlərin səmərəli müzakirəsi üçün mühüm tədbirə çevrildiyini deyib. ISESCO ilə əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirib ki, bu təşkilatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi dövlətimiz və xalqımız tərəfindən yüksək dəyərləndirilir.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



Prezident İlham Əliyev ISESCO-nun baş direktoru ilə görüşdü
Osman əl-Tuveycri İlham Əliyevi təbrik etdi
İSESKO-dan ilk dəfə 20 Yanvar faciəsi ilə bağlı - BƏYANAT
Niyazi Bayramov VII Qlobal Bakı Forumda iştirak edir
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - YENİLƏNİB
İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul etdi
İlham Əliyev Tzipi Livnini qəbul etdi
İlham Əliyev V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında - YENİLƏNDİ
İlham Əliyev lX Qlobal Bakı Forumda iştirak edir
Prezident İlham Əliyev Forumun açılışında iştirak edir
İlham Əliyev Turki Al Faysalı qəbul etdi
Prezident və xanımı Bakıda mühüm forumda
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 