Gömrükçülərin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 110 kiloqram 400 qram narkotik vasitənin-heroinin qaçaqmalçılığının qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən ONN media -ya bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan külli miqdarda narkotik vasitələrin Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında İrandan Azərbaycan ərazisindən tranzit keçməklə İsveçə “yeyinti malları” adı altında yük daşıyan İran vətəndaşı İranızadeh Alı Gholamabbasın idarə etdiyi “Volvo” markalı yük avtomobili Biləsuvar gömrük postunda saxlanılıb və “Belıy” ləqəbli kinoloji xidmət iti vasitəsilə gömrük yoxlamasından keçirilib. Yoxlama zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun təkərlərinə reaksiya verib. Bundan sonra qoşqunun təkərləri açılaraq 3 ədəd hərəkətverici oxların içərisində, zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda gömrük nəzarətindən gizlədilmiş dairəvi-uzunsov formalı bağlamaların olduğu müəyyən edilib. Yoxlama zamanı yapışqanlı lentlə sarınmış dairəvi formalı bağlamaların içərisindən, ümumilikdə 110 kiloqram 400 qram narkotik vasitə-heroin aşkarlanıb. Tutulan narkotik vasitənin İrandan İsveçə aparılmasını nəzərə alsaq, 110 kiloqram 400 qram heroinin Avropanın “qara bazar”ında dəyəri, təxminən 20 milyon manat təşkil edir. Faktla bağlı araşdırma aparılır.
Gömrükçülər 20 milyon manatlıq heroin aşkarladı



Gömrükçülər İrandan Rusiyaya qanunsuz aparılan dərmanları müsadirə etdi
Külli miqdarda psixotrop maddə aşkarlandı
Gömrükçülər külli miqdarda heroin aşkar etdi
Külli miqdarda psixotrop maddə aşkar edildi
Badımcan aparan "Volvo"dan psixotrop maddə aşkarlandı
Azərbaycan gömrükçüləri İrandan Avropaya narkotik aparılmasının qarşısını alıb
Ölkəyə narkotik gətirilməsinin qarşısı alındı
Təyyarə ilə Azərbaycana narkotik gətirmək istədi və...
Gömrükçülərdən ŞOK ƏMƏLİYYAT: yarım tondan çox heroin aşkarlandı
Gömrükçülər Ermənistana yük aparan iranlı sürücünü saxladı
Yarım milyon manatlıq telefon gömrükdə saxlanıldı
Gömrükçülər 10 200 ədəd "Marlboro Touch" siqareti aşkarladı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 