Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib. ONN media xəbər verir ki, Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, martın 21-i “BakuBus” MMC-yə aid iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib: "Hadisə səhər saat 6 radələrində avtobuslar Yasamal rayonu istiqamətində başlanğıc dayanacağa gedərkən Nəsimi rayonu Ü.Hacıbəyov küçəsində qeydə alınıb. Hadisə zamanı avtobuslarda sərnişin olmayıb, sürücülər isə xəsarət almayıb. Ehtiyyat tədbiri üçün hadisə yerinə ərazi üzrə Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissəsinin briqadası gəlsədə, hər hansı bir yanğın hadisəsi qeydə alınmayıb. Qeyd edilənlərə əsasən bildiririk ki, “İveco” markalı sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və mövcud hadisənin təhrif olunmasıdır. Bunu nəzərə alaraq KİV-dən bu xarakterli məlumatlar hazırlayan zaman Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlamalarını xahiş edirik".
BNA -dən avtobus qəzasına MÜNASİBƏT



Bakıda sərnişin avtobusu ağır qəzaya düşdü
Bakıda avtobus "Toyota Prius"la toqquşdu
Bakıda sərnişin avtobusu ağır qəza törətdi - YARALI VAR
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb
Bakıda sərnişin avtobusu qəzaya düşdü
ŞOK: "Bakubus" avtobusu yanıb kül oldu - FOTOLAR
Bakıda sərnişin dolu avtobus ağaca çırpıldı - YARALILAR VAR
Bakıda iki avtobus toqquşdu - İKİ SƏRNİŞİN
Bakıda iki sərnişin avtobusu toqquşdu
Bakıda sərnişin avtobusu yanıb
Bakıda içində sərnişinlər olan avtobus yandı
Təmirə dayanan sərnişin avtobusu yandı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 