Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət obyektində başlayan yanğınla bağlı məlumat yayıb.
FHN-dən ONN media-ya bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək.
***
Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğın güclənib.
ONN media xəbər verir ki, yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.
***
Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.
***
Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş verən yanğının söndürülməsi işləri davam etdirilir.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 10-dan çox yanğınsöndürmə briqadası cəlb olunub.
Binadan təxliyə işləri başa çatdırılıb.
Ətraflı məlumat verəcək.
***
Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla əlaqədar hazırda Qara Qarayev prospektində hərəkət məhdudlaşdırılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Qeyd edilir ki, bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir.
***
Yanğın zamanı FHN-nin əməkdaşı xəsarət alıb. O, sağ əlin kəsilmiş yarası ilə 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONN media-ya məlumat verilib.
Yanğında 10 nəfərin də tüstüdən zəhərləndiyi bildirilir.



SON DƏQİQƏ - “Sədərək” ticarət mərkəzi yanır
Nərimanovda yataqxanada yanğın baş verib
Bakıda güclü yanğın başlayıb - YENİLƏNİB
Bakıda bu ərazidə güclü yanğın olub- YENİLƏNİB
Binədə güclü yanğın olub- Son durum necədir?- YENİLƏNİB
Sədərəkdə güclü yanğın olub
Bakıda oteldə baş verən yanğından YENİ XƏBƏR
Yanğınla bağlı SON DURUM
SON DƏQİQƏ: Bakıda ikimərtəbəli binada yanğın başladı
"Maşın bazarı"nda yanğın oldu- MAĞAZALAR KÜLƏ DÖNDÜ
Bakıda yataqxanada yanğın baş verib
Bakıda yaşayış binası yanır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 