ONN media xəbər verir ki, Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkən sahibkarlarla növbəti görüş keçirilib.
Nizami rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Firudin Cabbarov bildirib ki, görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak ediblər.
Onun sözlərinə görə, görüşdə qeyd olunub ki, yanğın hadisəsi ilə əlaqədar Prezident İlham Əliyev tapşırıq verib: "Prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə kompensasiya ödəniləcək. Bunun üçün müvafiq komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq. Yaradılmış komissiyaya zərərçəkən sahibkarlar da daxil olacaq".
F.Cabbarov bildirib ki, yaxın günlərdə komissiya tərəfindən yanğın hadisəsinin baş verdiyi ticarət mərkəzinə baxış keçiriləcək.
Xatırladaq ki, martın 26-sı səhər saatlarında Bakının Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində yanğın baş verib. Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika, o cümlədən 3 helikopter cəlb edilib.



İlham Əliyevdən “Diqlas"la bağlı VACİB TAPŞIRIQ
"Sədərək"də ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək - RƏSMİ
“EuroHome”da malları yanan sahibkarlara ŞAD XƏBƏR
"Diqlas"da malı yanan sahibkarlar prokurorluqda dindirilir
İlham Əliyev Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb
"Diqlas"dakı yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
"Diqlas"dakı yanğınla əlaqədar yaradılan komissiyanın TƏRKİBİ AÇIQLANDI
Sahibkarlar tələb etdi: Başçı dərhal “EuroHome”a getdi
Bakıda yüksək vəzifəli şəxs vəfat etdi - ARAŞDIRMA BAŞLANDI
İcra başçısına müavinlər təyin olundu
FHN əməkdaşı ticarət mərkəzindəki yanğını söndürərkən xəsarət alıb
"Yanğında sahibkarlara dəyən ziyan tam ödəniləcək" — Nazir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 