Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətinə təbrik məktubu ünvanlayıb. ONN media xəbər verir ki, təbrik mətnində deyilir: "Hörmətli Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməkdaşları və veteranları! Sizi Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi fəaliyyətə başlamış xüsusi xidmət orqanlarımız mürəkkəb inkişaf yolu keçmişlər. Sovet İttifaqı dövründə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin təhlükəsizlik orqanlarının xalqımızın maraqlarına xidmət göstərməsini təmin etmiş və peşəkar milli kadrların yetişməsinə əvəzsiz töhfə vermişdir. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan çox ciddi təhlükələrlə – ilk növbədə, Ermənistanın təcavüzü ilə, habelə terrorçuluq, separatçılıq, dərin siyasi və sosial-iqtisadi böhranla üzləşmişdir. Dövlətçiliyimizin təhlükə altında olduğu belə bir vəziyyətdə Azərbaycan xalqı müdrik qərar qəbul edərək, ölkəyə rəhbərliyi ümummilli lider Heydər Əliyevə etibar etdi. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev ölkəmizi parçalanmaq və müstəqilliyini yenidən itirmək təhlükəsindən qurtardı, ictimai-siyasi sabitliyi təmin etdi. Məhz Ümummilli Liderin səyləri nəticəsində zəngin dövlətçilik ənənələrimiz bərpa olundu, dünyəvi, demokratik və hüquqi dövlətin təməli qoyuldu, ölkəmiz dünya arenasında bərabərhüquqlu etibarlı tərəfdaş kimi tanındı. Bu dövrdə Ulu Öndər Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsinin başlıca istiqamətlərini müəyyən etdi, dövləti xarici və daxili təhdidlərdən qorumağa qadir olan xüsusi xidmət orqanları sistemini formalaşdırdı. Xüsusi xidmət orqanlarının müasir dövrün çağırışlarına uyğun inkişafını təmin etmək və fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə 2015-ci ildə mühüm islahatlar aparılmış, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılmışdır. Xidmətlər yüksək peşəkarlığı ilə seçilən kadrlarla komplektləşdirilmiş, müasir informasiya texnologiyaları ilə təchiz edilmiş, onların maddi-texniki bazası və əməkdaşlarının sosial müdafiəsi gücləndirilmişdir. Bu gün xüsusi xidmət orqanları Azərbaycanın milli maraqlarının təmin olunması, konstitusiya quruluşunun qorunması, dövlət qərarlarının informasiya təminatının həyata keçirilməsi, habelə terrorçuluğa, separatçılığa, dini ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Dünyada və regionda gedən proseslərin sülh və təhlükəsizlik üçün yaratdığı təhdidlər beynəlxalq əməkdaşlığın əhəmiyyətini daha da artırır. Xüsusi xidmət orqanlarımız bir çox xarici dövlətlərin tərəfdaş qurumları ilə strateji xarakter daşıyan əlaqələr qurmuşdur və bu səmərəli əməkdaşlıq nəticəsində regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə dəyərli töhfə verirlər. Biz bu tərəfdaşlığı yüksək qiymətləndiririk və onun daha da dərinləşməsində maraqlıyıq. Əminəm ki, xüsusi xidmət orqanlarımız qarşıya qoyulmuş vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, bu orqanların hər bir əməkdaşı ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsi yolunda qətiyyət və əzm nümayiş etdirəcəkdir. 100 illik yubileyiniz münasibətilə sizi bir daha ürəkdən təbrik edir, Azərbaycanın təhlükəsizliyinin etibarlı təmin olunması naminə şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram".
Prezident Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətini təbrik etdi



Prezident DSX-nin şəxsi heyətini təbrik etdi
Narışkin Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyevdən Xarici Kəşfiyyat Xidməti ilə bağlı FƏRMAN
İlham Əliyev Azərbaycan diplomatlarını təbrik etdi
Prezident fərman imzaladı
Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümüdür
DTX-nın səlahiyyətləri artırıldı
İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini 20 illiyi münasibətilə təbrik edib
İlham Əliyev Miloş Zemanı təbrik edib
Düşmənlə məxfi əməkdaşlıq edən şəxs ifşa edildi - DTX
İlham Əliyev Koreya Prezidentini təbrik etdi
İlham Əliyev Baş naziri təbrik etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 