Bakı şəhərinin Sabunçu rayonunda baş vermiş dəhşətli qətllə bağlı bəzi məqamlar üzə çıxıb.
ONN media xəbər verir ki, Zabrat qəsəbəsində böyük qardaşı Hacı Kamran Şamilovu tüfənglə güllələyərək öldürən Hüseynbala Şamilov tutulub.
İlkin araşdırmalar zamanı məlum olub ki, Hacı Kamran Şamilov Zabratdakı məscidin axundudur və din xadimi kimi tanınıb. O, həm də İran və İraqdakı müqəddəs məkanlara səfərlərin təşkili ilə məşğul olan şirkətin rəhbəri imiş.
Hadisənin baş vermə səbəbinə gəlincə Hüseynbaba Şamilov bildirib ki, böyük qardaşı ilə 4-5 il imiş ki, ədavəti varmış. Onun sözlərinə görə, Hacı Kamran onu məscidə buraxmırmış. Səbəb isə Hüseynbalanın məscidin tikintisi zamanı səhvə yol verilməsini bildirməsi, qiblənin istiqamətinin düzgün olmamasını və mehrabın islam qaydaları çərçivəsində yerləşdirilməməsini danışması olub. Bundan sonra Hacı Kamran kiçik qardaşının məscidə daxil olmasına qadağa qoyub. Hacı Hüseynbala onu da bildirib ki, qardaşı mütəmadi olaraq onu təhqir edib, insanların arasında xoşagəlməz sözlər deyib və döyüb. Hacı Kamranın "Sən qibləni satansan" deməsindən sonra isə o, köhnə ədavətlərin də təsiri altında qardaşını güllələyərək öldürmək qərarına gəlib.
Sabunçu rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, sözügedən şəxslər tanınmış dindar, eyni zamanda Azərbaycan İslam Partiyası sədrinin sabiq müavini olmuş Hacı Mehdinin qardaşlarıdır. Publika



Hacı Şahinin ölüm səbəbi bilindi
Hacı Şahin harada dəfn olunacaq?
Hacı Şahini bundan sonra o əvəz edəcək
Ermənilər bu məscidi də dağıdıblar - NAZİRLİK
Hacı Şahinin anım mərasimi keçirilir
Hacı Şahinin xatirəsinə film çəkilir
Hacı Nuran evlənir
Hacı Şahinin dəfnində izdiham yaşanıb
Hacı Şahinlə bağlı xoşagəlməz hərəkət
Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM
Hacı Əliyev baş-leytenant oldu
Hacı Nuran bu telekanalda işləyəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 