Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, mağaza sahibi Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinə müraciət edərək marketin dam örtüyünün söküldüyünü və bununla da obyektə daxil olan şəxsin içərisində 3800 manat olan seyfi və ərzaq məhsullarını oğurladığını bildirib.
Məlumat daxil olan kimi polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sənan Verdiyev və Elimxan Alıyev saxlanılıblar. Qrupun digər üzvü paytaxt sakini Nazim Mayılov isə başqa bir qanun pozuntusuna yol verdiyi üçün hazırda DİN-in İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində cəza çəkir.
Araşdırma zamanı müəyyən olunub ki, marketə E.Alıyev dam hissədən daxil olaraq seyfi ələ keçirib. Daha sonra o, digər dəstə üzvləri ilə birgə seyfi sındırıb və əldə etdikləri pulu aralarında bölüblər. Pulu ələ keçirəndən sonra izi itirmək məqsədi ilə sındırdıqları seyfi Qum adası adlanan ərazidə suya atıblar. Polis əməkdaşları tərəfində həmin seyf atıldığı yerdən tapılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Xətai Rayon Polis İdarəsin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.



Bakıda uşaq bağçasında cinayət
Bakı sakininin bank hesabından pul oğurlanıb
Bakıda azyaşlılar mağazadan oğurluq etdi
Bakıda evdən içində qızıl və pul olan seyf oğurlandı
Yasamalda qadın "soyuldu"
Bakıda qəbir daşlarını oğurlayan şəxslər saxlanılıb
Bakıda əməliyyat: 2 bacı tutuldu
Bakı metrosunda əməliyyat - SAXLANILAN VAR
30-cu şöbə əməliyyat keçirdi - HƏBS EDİLƏNLƏR VAR
Bakıda 9500 manatlıq oğurluq
“Poz, qazan” lotereyalarını oğurlayan şəxs saxlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 