İki ölkə arasındakı böhranın nəticəsi nə olursa-olsun, Türkiyənin NATO-dan xaric edilməsi mümkün deyil.
ONN media xəbər verir ki. bunu Rusiyanın paytaxtı Moskvada Valday Müzakirə Klubu çərçivəsində keçirilən "Rusiya-Türkiyə münasibətlərində Suriya faktoru" toplantısında iştirak edən türkiyəli mütəxəssislər deyib.
SETA-dan Strateji Araşdırmalar direktoru Həsən Bəsri Yalçın NATO-nun öz qurumlarına sahib bir təşkilat olduğunu və Türkiyənin bu təşkilatda veto haqqına sahib olduğunu xatırladıb. Onun sözlərinə görə, Türkiyənin üzv olub-olmadığına ABŞ qərar verə bilməz.
Eyni qurumun Avropa Araşdırmaları direktoru Enes Bayraqlı da Türkiyəni NATO-dan xaric edə biləcək mexanimzin olmadığını dilə gətirib. Mütəxəssis bildirib ki, onsuz da, ABŞ Türkiyənin təşkilatdan çıxmağını istəmir. İstəsə belə, bunun çox ağır nəticələri olacaq. Türkiyənin NATO-dan ayrılması geosiyasi zəlzələ effekti yaradacaq.
Qeyd edək ki, daha öncə ABŞ prezidentinin köməkçisi Mayk Pens Türkiyənin Rusiyadan aldığı S-400 müdafiə kompleksi ilə NATO arasında seçim etməli olduğunu dilə gətirmişdi. Türkiyə və Rusiya ABŞ-dan gələn bu açıqlamaya sərt reaksiya vermişdi.



Türkiyədən ŞOK AÇIQLAMA: NATO-dan çıxır
Türkiyəsiz NATO olmaz - Altun
Türkiyə NATO-dan çıxarıla bilər?
Türkiyənin S-400 alması NATO üçün nə deməkdir?
NATO-da Türkiyə və Fransa arasında MÜHÜM GÖRÜŞ
KRİTİK DURUM - NATO Türkiyəni dəstəkləməyəcək
Çavuşoğlu: "Türkiyə NATO-nun üzvü olsa da, müstəqil dövlətdir"
Türkiyə NATO-nu tərk edir?
Çavuşoğlu S-400 dən danışdı
NATO-dan sanksiya açıqlaması
NATO-nun fövqəladə iclası başlayıb
Çavuşoğlu Stoltenberqlə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 