Rusiya və Türkiyə liderlərinin görüşü olduqca maraqlı keçdi və bir sıra siyasi məqamlarla yadda qaldı.
ONN media xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Kremldə baş tutan görüşü şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O, ilk növbədə Türkiyənin Rusiyadan alacağı S-400 raket sistemləri ilə bağlı Kremldə gedən müzakirələrə diqqət çəkib:
“NATO və ABŞ-ın basqılarına baxmayaraq, Ankara bu ilin avqustuna kimi sözügedən sistemləri almaqda israrlıdır. ABŞ isə bu sistemləri alacağı təqdirdə Türkiyəni NATO-dan çıxarılacağı və ABŞ istehsalı olan F-35 tipli qırıcı təyyarələrdən məhrum olacağı ilə təhdid edir. Hesab edirəm ki, Rusiya-Türkiyə yaxınlığı ABŞ və NATO üzvləri ilə münasibətlərin pisləşməsi hesabına olmamalıdır. Ankara balanslaşdırılmış siyasət yürütməklə problemləri həll edə bilər. Bu mənada Türkiyə çox mürəkkəb bir dövrdən keçir. Türkiyə riskləri uğurla geridə qoysa, qardaş ölkə üçün yeni və böyük perspektivlər açılacaq”.
Politoloq görüşdə Ukraynadan yan keçməklə Türkiyədən Avropa bazarlarına “Türk axını” layihəsi ilə qaz ötürülməsi məsələsinin bir daha masaya yatırıldığını və detalların dəqiqləşdirildiyini qeyd edib:
“Bu ilin sonlarına qədər artıq Rusiya qazı Qara dənizdən Türkiyə sahillərinə çıxan qaz kəməri ilə Avropa bazarlarına çatdırılacaq. Bu məsələ ilə bağlı prinsipial razılaşma bir daha vurğulandı. Bu layihə əlbəttə ki, Türkiyə üçün əlverişlidir. Layihənin Azərbaycan qazı üçün müəyyən rəqabət elementləri yaratdığı da nəzərdən qaçmır. Ancaq istənilən halda marşrutlar fərqlidir, Azərbaycan qazı Cənubi Avropaya, rus qazı isə Mərkəzi Avropa və Türkiyəyə tədarük ediləcək”.
Q.Hüseynli görüşdə turizm, Türkiyənin kənd təsərrüfatı məhsullarının rus bazarlarına çıxışı ilə bağlı da müəyyən razılıqların əldə edildiyini əlavə edib:
“Bu istiqamətdə aparılan müzakirələr də Ankaraya yeni perspektivlər və qazanc vəd edir”.
Qeyd edək ki, ötən gün Rusiya-Türkiyə Ali Əməkdaşlıq Şurasının 8-ci iclası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub.Axar.az



NATO Türkiyə ilə güclüdür- Ərdoğan
Ərdoğan Kremldə elə bir addım atdı ki...- ŞOK
Türkiyə NATO-dan diksinə bilər - Ekspert
Zelenski Türkiyədə Putinlə danışıqlara razılaşdı
Rusiya və Türkiyə prezidentləri görüşə bilər
Ərdoğan və Putin hansı məsələləri müzakirə edəcək?
Ərdoğan Putinlə görüşəcək
ABŞ-dan Türkiyəyə ŞOK TƏHDİD
Türkiyə Rusiyadan qırıcı təyyarə alacaq?
Ərdoğan Putinlə Ukraynanı müzakirə edəcək
Ərdoğanın şok planına rusiyalı politoloqun şərhi
Ərdoğan Brüsselə getdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 