Ötən gün Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Uqor adlı okean balığı sakinlər tərəfindən tutulub. ONN media xəbər verir ki, uzunluğu 1 metr, çəkisi 2 kiloqramdan artıq olan balığın Kür çayında görünməsi nadir hadisədir. Ehtimal olunur ki, ölkəmizə məxsus gəmilər okean və dənizlərdə üzərkən Uqor balığı onların gövdəsinə yapışıb. Sonra həmin balıq gəmi vasitəsi ilə Xəzər dənizinə, oradan isə Kür çayına keçib. Çünki nadir hallarda, yəni 30-40 ildən bir Kür çayında ilanbalığına oxşar belə balığa rast gəlinir. 2008-ci ildə adı Qırmızı kitaba düşən Uqor balığı bu gün səhər saatlarında yenidən çaya buraxılıb. Qeyd edək ki, çəkisi 2 kiloqramdan-12 kiloqrama qədər olan Uqor balığı ilanbalığı kimi çox sürüşkən, həm də yağlı olur. Məlumata görə, cəmi 9-12 il yaşayan balıq ildə suya 1 milyona yaxın kürü buraxır. Əti bir çox xəstəliklərin, xüsusi ilə görmə qabiliyyəti zəif olan insanlar üçün olduqca faydalıdır.(Report)
Kür çayında NADİR HADİSƏ



ŞOK: Kürdən görün NƏ TAPILDI
Daban balığının faydaları
DİQQƏT- Marketlərdə zəhərli balıq satılır
Məktəbli tutduğu balıqla rekord qırdı
Bu gündən qadağa başladı
Balıq ləvəngisi resepti - TALIŞ MƏTBƏXİ
Balıq alarkən nəyə diqqət etməli?
Köpək balığı gənc oğlanı parçaladı
“Tok”la balıq tutanlar ƏLƏ KEÇDİ
Xəzər dənizində köpək balığı tapılıb?
Balıq şorbası necə bişirilir? - RESEPT
Təzə balığı seçə bilirsinizmi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 