Ukraynanın sabiq dövlət başçısı Viktor Yanukoviç Vladimir Zelenskini prezident seçkilərində qalib gəlməyi münasibətilə təbrik edib. ONN media qafqazinfo.az -a istinadən xəbər verir ki, eks-prezidentin oğlu Aleksandr Yanukoviçin mətbuat katibi Yuri Kirasirin feysbuk hesabında paylaşdığı təbrik məktubunda deyilir: “Sizi Ukraynanın prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ukraynalılar ölkəmizin ən çətin anında bu vəzifəni sizə təhvil verdi”. O, həmçinin Zelenskini ona güvənən ukraynalıların inamını itirməməyə çağırıb. Lakin yeni prezidentin komandası sözügedən təbriki birmənalı qarşılamayıb. “Cənab Zelenskinin komandası rusyönümlü keçmiş ukraynalı məmurlardan “dəstək” aldı. Biz bu “dəstək” və təbriklər olmadan da yolumuza davam edə bilirik”, - deyə Zelenski qərargahının nümayəndəsi Dmitri Razumkov bildirib. Qeyd edək ki, aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərində V. Zelenski 73,17 faiz, Petro Poroşenko isə 24,5 faiz səs toplayıb. Xatırladaq ki, Kiyev məhkəməsi bu ilin yanvarında Yanukoviç barəsində 13 il müddətinə axtarışla həbs qərarı verib. O, Rusiya tərəfindən Ukraynaya qarşı aparılan təcavüzkar siyasətə səbəb olmaqda ittiham edilir.
Zelenski Yanukoviçin təbrikini qəbul etmədi



Poroşenko Zelenskini görüşə çağırdı
Mixeil Saakaşviliyə Ukraynada YÜKSƏK VƏZİFƏ VERİLDİ
İlham Əliyev Zelenskiyə məktub göndərdi
Zelenski cərimələndi
İlham Əliyev Zelenskini təbrik etdi
İlham Əliyev Zelenskini təbrik etdi
Bayden Zelenskini təbrik etdi
Zelenski İlhan Əliyevə zəng edib
Prezident İlham Əliyev seneqallı həmkarını təbrik edib
Prezident Zelenskini təbrik etdi
İlham Əliyev İsveçrənin yeni Prezidentini təbrik etdi
İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 