Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış edib.
ONN media xəbər verir ki, millət vəkili qeyd edib ki, xüsusilə kəndlərdə, bölgələrdə sakinlərlə görüşlərdə maddi imkanları aşağı olan insanlar müraciətlərində təbii qaz limitinin artırılması xahişini edirlər.
Q.Paşayeva əhalinin aztəminatlı, maddi imkanları aşağı olan hissəsinin təkliflərini nəzərə alaraq, onlara verilən təbii qaz limitinin artırılması məsələsinə yaxın zamanlarda baxılmasının çox vacib olduğunu deyib və müvafiq qurumları bu məsələni diqqətdə saxlamağa çağırıb. Q.Paşayeva həmkarı Fazil Mustafanın bununla bağlı təklifini dəstəklədiyini deyib.
Millət vəkili həmçinin, həmkarı Azay Quliyevin qaldırdığı məsələni dəstəkləyərək deyib ki, işğalçı Ermənistanın BMT-də Azərbaycana qarşı təxribatının qarşısının alınması istiqamətində ciddi addımlar atılmalıdır.
"Belə ki, Ermənistan BMT-yə təqdim etdiyi illik hesabatında qondarma "dqr”in hesabatını da əlavə edib. Bununla da BMT-nin insan haqları şurası öz nizamnaməsindən kənara çıxıb. Eyni zamanda BMT-nin bu təxribata imkan yaratması BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə də ziddir. Biz BMT-nin Ermənistanın bu təxribatına imkan verməsinə ciddi şəkildə etirazımızı bildirməli və bu təxribatın BMT-nin saytından çıxarılmasına nail olmalıyıq. Həmkarımın da qeyd etdiyi kimi, bu hesabat 6 dildə yayılır və Azərbaycana qarşı bu təxribat bizi ciddi narahat etməlidir. Müvafiq qurumlarımız bu məsələyə ciddi etirazını bildirməli və bu təxribati sənəd BMT-nin saytından çıxaırlmalıdır. Bu bizim üçün hədsiz vacib məsələdir. Biz BMT-nin Ermənistanın təxribatına şərait yaratmasını kəskin qınayır və etirazımızı bildiririk”.



Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb
Qənirə Paşayeva qadınlara qarşı zorakılıqla bağlı Milli Məclisdə ÇAĞIRIŞ ETDİ – VİDEO
Qənirə Paşayeva vəfat etdi
Qənirə Paşayeva harada dəfn olunacaq?
Millət vəkili bu vergiyə qarşı çıxdı
Qənirə Paşayeva komaya düşdü
Deputat ön cəbhə kəndlərində
Qənirə Paşayeva ilə vida mərasimi keçirilir
Qənirə Paşayevanın bacısının Türkiyədəki toyundan GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Qənirə Paşayeva Milli Məclisin sədri olacaq? - Özü AÇIQLADI
Qənirə Paşayeva Qarabağdan danışdı
Qənirə Paşayevadan deputatlara ÇAĞIRIŞ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 