Əvvəlki illərin məzunları, xüsusilə I, IV ixtisas qrupuna qəbul olmaq istəyənlər imtahanın birinci mərhələsində iştirak etməlidirlər. Əgər onlar bu imtahanda iştirak etməsələr, onda qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar. Çünki ikinci mərhələdə iştirak etməyən abituriyent müsabiqəyə buraxılmır.
Bunu ONN media-ya Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.
Onun sözlərinə görə, abituriyentlər imtahana gələrkən sənədləri ilə bağlı da diqqətli olmalıdırlar:
“Mütləq şəxsiyyət vəsiqəsinin əsli olmalıdır. Bəzən görürük ki, onlar imtahana şəxsiyyət vəsiqələrinin sürətini gətirirlər. Şəxsiyyət vəsiqəsinin əsli, imtahana buraxılış vərəqəsi onların mütləq üzərində olmalıdır”.
X.Xanlarzadə qeyd edib ki, imtahana vaxtında gəlmək vacibdir:
“İmtahan saat 11-də başlayır. Amma imtahana buraxılış vərəqəsinin üzərində imtahana gəlmək vaxtı neçə göstərilibsə, həmin vaxt gəlmək vacibdir. Çünki imtahanın başlamasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Burda abituriyentlərin dinləmə bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayır. Ona görə də sakitliyin təmin olunması üçün imtahanın başlamasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır”.
Mətbuat katibinin sözlərinə görə, qaydaları pozan abituriyentlərin nəticələri ləğv olunacaq.
“Qadağan olunmuş vasitələr - hər hansı konspekt, mobil telefon, əlavə vərəq, dəftər, kitabça imtahana buraxılmayacaq. Üzərində mobil telefon aşkar olunan abituriyent dərhal imtahan binasından xaric olunur. Onların nəticələri ləğv olunur. Eyni zamanda onlar imtahanın ikinci mərhələsinə buraxılmırlar”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.



Bu abituriyentlər qəbul imtahanlarına buraxılmayacaqlar –RƏSMİ
Magistraturaya ikinci qəbul imtahanının tarixi açıqlandı
Abituriyentlərin DİQQƏTİNƏ!- Şərtlər açıqlandı
Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı
Növbəti qəbul imtahanı bu tarixdə keçiriləcək
DİM-dən imtahanlarda iştirak edəcək abituriyentlərə MÜRACİƏT
İlk sınaq imtahanının tarixi bəlli oldu
Abituriyentlərin DİQQƏTİNƏ- sınaq imtahanı keçiriləcək
2 ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək - Vaxt açıqlandı
DİM bu şəxslərə müraciət etdi
Dövlət İmtahan Mərkəzi daha bir məlumat yaydı
DİQQƏT- Bu imtahanın vaxtı dəyişdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 