Şri-Lanka hökuməti silsilə terror hücumlarından sonra 39 ölkənin vətəndaşlarına vizasız giriş hüququ verməyəcək. ONN media xəbər verir ki, bu barədə Şri-Lankanın Turizm, Vəhşi Təbiət və Xristianlıq naziri Con Amaratunq bildirib. "İstintaq göstərdi ki, bazar günü törədilən terror hücumlarına görə məsul olanlar xaricdə terror təşkilatları ilə əlaqəsi olan şəxslərdir. Ona görə də (terrorçulara) ölkəyə sadələşdirilmiş giriş proqramından sui-istifadə etməyə imkan vermək istəməzdik", - nazir deyib. Qeyd edək ki, 2019-cu ilin mart ayında Şri-Lanka hökuməti 39 ölkədən, o cümlədən Avropa İttifaqı ölkələrindən, Avstraliya və ABŞ-dan olan turistlərin ölkəyə girişini sadələşdirmək niyyətlərini açıqlayıb. Yeniliklər 2019-cu il mayın 1-də qüvvəyə minməli idi. Xatırladaq ki, aprelin 21-də Şri-Lankada ölkə tarixində ən böyük silsilə terror hücumları baş verib.(metbuat.az)
Bu ölkənin vətəndaşlarına viza verilişi dayandırıldı



Yeni terror XƏBƏRDARLĞI
Şri Lankada daha bir QADAĞA
İŞİD bu ölkəyə elə bir zərbə vurdu ki...
Şri-Lanka terrorundan sonra ölkədə elə birşey oldu ki...
Pakistandan Türkiyənin düşməninə BÖYÜK ZƏRBƏ
SON DƏQİQƏ! Şri-Lankada yenə PARTLAYIŞ oldu
Şri-Lankada daha bir partlayış
Viza ilə bağlı müddət uzadıldı- PİS XƏBƏR
Əfqanıstanda terror: 10-dan çox ölü
ABŞ-dan XƏBƏRDARLIQ: "Bu ölkəyə getməyin!"
Bu ölkənin vətəndaşlarına XƏBƏRDARLIQ- GETMƏYİN!
İsraildən vətəndaşlarına ÇAĞIRIŞ: Azərbaycana GETMƏYİN!
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 