Epilepsiya xəstəliyindən əziyyət çəkən Nəbiyev Elman Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
ONN media xəbər verir ki, Bakı sakini I qrup əlil Elman Maqamednabiyeviç Nəbiyev prezidentə videomüraciət ünvanlayıb.
Videomüraciətdə Nəbiyev Elman təqaüdünün artırılmasına, əlillərə göstərilən qayğıya görə ölkə başçısına və Birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
21 yaşlı Elmanın anası Hafizova Hülya Sabirovna bildirib ki, oğlu uşaqlıqdan əlildir:
“Elmanda anadangəlmə epilepsiya xəstəliyi var. O, inkişafdan qalıb, oxuya və yaza bilmir. Elmanın yaşının böyük olmasına baxmayaraq, o hələ də oyuncaqlarla oynayır.
2019-cu ilin aprelinə qədər 155 manat pensiya veriləndə, bizim imkanımız çatmırdı ki, Elman üçün oyuncaq alaq. Bütün pullar onun dərmanlarına xərclənirdi.
Lakin indi, 2019-cu ilin aprelindən ölkə başçısı İlham Əliyevin təqaüdlərin artırılması ilə bağlı verdiyi qərardan sonra Elman 250 manat pensiya alır. Bu məbləğ bizim üçün əhəmiyyətli artımdır.
Bu səbəbdən də, mən Elmanın ilk təqaüdündən onun üçün oyuncaq almışam. Biz gəzəndən və oyuncaq alandan sonra Elman çox xoşbəxt idi. Həmin gün biz evə gələndən sonra Elman xahiş etdi ki, mən çəkiliş edim. Elman şəxsən ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirmək və öz sevincini bölüşmək istədi.
Mən də öz adımdan Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”.



Prezidentdən Elman Rüstəmovla bağlı sərəncam
Elman Rüstəmov istefaya getdi
Elman Rüstəmov yüksək vəzifəyə TƏYİNAT ALDI
Elman Babayevə VƏZİFƏ VERİLDİ
Elman Rüstəmov istefa verir? - Özü açıqladı
İlham Əliyev Elman Bayramovu TƏLTİF ETDİ
MM-də müzakirə- Rüstəmovla bağlı qərar verildi
Elman Məmmədov “Şöhrət” ordeni ilə təltif edildi
Bankların bağlanma səbəbi açıqlandı
Elman Babayevə vəzifə verildi
Elman Rəfiyevlə bağlı araşdırma başlayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 