Bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib. Dövlət başçısı qeyd edib: "Sosial infrastrukturla bağlı, - bu da daim diqqət mərkəzində olan məsələdir, - bildirməliyəm ki, bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək, o cümlədən modul tipli məktəblər. Bunun da çox böyük faydası var, xüsusilə ucqar kəndlərdə. Bu məktəblər həm tez bir zamanda ərsəyə gəlir, həm də keyfiyyət baxımından çox yüksək standartlara cavab verir. Beləliklə, hesab edirəm ki, biz qəzalı məktəblər problemini bu il, uzaqbaşı gələn il həll edəcəyik. Yəni, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb olmamalıdır. Bu istiqamətdə böyük işlər görülüb və görüləcək". İlham Əliyev bildirib ki, bu il 10-a yaxın yeni mərkəzi rayon xəstəxanası fəaliyyətə başlayacaq. Beləliklə, Azərbaycanda bir dənə də şəhər, rayon olmayacaq ki, orada ən müasir standartlara cavab verən tibb mərkəzi olmasın: “Üç olimpiya idman mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulurdu, onlardan biri artıq açıldı. Altı milyon insan dövlət hesabına tibbi müayinədən keçəcəkdir. Bu da bizim təşəbbüsümüzdür, çox ciddi sosial addımdır və vətəndaşlar bundan faydalanırlar. Hər bir vətəndaş il ərzində öz sağlamlığına fikir verməlidir və müayinədən keçməlidir. Dövlət bu şəraiti yaradıb. İlk növbədə, hər bir yerdə müasir avadanlıqlar var. Eyni zamanda, dövlət hesabına bu məsələ öz həllini tapır.
"Bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək"



Prezident: Bakıda nəqliyyat-təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur
Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi
Təhsilin səviyyəsinin qaldırılması gündəlikdə duran vacib məsələlərdəndir - Prezident
Yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
Prezident hökumətin iclasını keçirdi
Prezident: “Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik”
Övladı birinci sinifə gedəcək valideynlərin NƏZƏRİNƏ
Göyçaydakı yararsız məktəb binası nə vaxt təmir olunacaq?
“Maaşlar 5, pensiyalar 8 dəfədən çox artıb” — Prezident
Prezident Nazirlər Kabinetinin iclasını keçirdi
“Azərbaycana 3,5 milyard dollar sərmayə qoyulub”- Prezident
Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollara çatdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 