Bakıda keçırilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının təşkilatçılığı ilə təşkil olunmuş "Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” plenar sessiyasında "Gənclər və mədəniyyətlərarası liderlik” mövzusu müzakirə olunub.
ONN media xəbər verir ki, sessiyanın moderatoru BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos olub.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib ki, gənclərin böyük bacarıq və qabiliyyətləri var. L. Əliyeva bildirib ki, təhsil, sadəcə, bilik və bacarıqların mənimsənilməsi deyil: "Mənəvi təhsil də vacibdir. Bu baxımdan gənclərə sülhpərvərliyin aşılanmasında ailə də mühüm rol oynayır. Ətraf mühitin mühafizəsində gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənclərə dəstək verməklə, daha gözəl dünyanın qurulmasına nail olmalıyıq. Biz uşaqları dinləməliyik”.
Heydər Əliyev Fondunun vitse-prezidenti gənclərin ideya və innovasiyalarının planeti tamamilə dəyişə biləcəyini söyləyib: "Əfsuslar olsun ki, dünyada 600 milyondan çox gənc təhsilsizdir. Gəlin, gənclərin enerjisini planetimizin inkişafına yönəldək. Sülhpərvər cəmiyyətin formalaşdırılmasında gənclərin böyük rolu ola bilər. Həyatda ən vacib olan insanların xoşbəxtliyidir”.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos da gənclərin fəallığının vacib olduğunu vurğulayıb.
Somali Stabilləşmə Təşəbbüsünün Biliyin idarə olunması və Strateji Kommunikasiyalar rəsmisi Nacma Əhməd-Hüseyn Somalidə həyata keçirilən infrastruktur layihələrində iştirakından bəhs edib.
Ərbildə "Malteser İnternational”-ın ictimai əlaqələr üzrə məsləhətçisi Sarah Markieviç İraqdakı durumdan, Ərbildə müxtəlif etnik qruplar arasında birgə yaşayışın təbliği, tolerantlıq istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, İŞİD terror təşkilatı əsrlərlə birgə yaşamış etnik qruplar arasında nifaq salmağa cəhd göstərib.
Pakistan Gənclər Alyansının "Peace Rickshaws” layihəsinin təsisçisi Syed Ali Abbas Zaidi ekstremizmin bir dinin digər din üzərində üstünlüyü kimi təqdim olunmasına çalışıldığını nəzərə çatdırıb: "Biz Pakistanda müxtəlif dinlərin təmsilçilərini bir araya gətirirdik. Bu layihə Pakistanın Lahor və digər şəhərlərində uğurla həyata keçirilib”.
Zorakı ekstremizmin qarşısının alınması üzrə mütəxəssis Selim Çerkaui gənclərə inamın vacib olduğunu vurğulayıb: "Leyla Əliyeva dedi ki, biz uşaqları dinləməliyik. Bu, çox vacib məsələdir”.
"Ephemerides”-in təsisçisi Fatoumata Kebe Fransada təhsildən kənarda qalan miqrant uşaqlara, o cümlədən Malidə qızlara astronomiya, riyaziyyat kimi fənlərdən dərs keçdiklərini bildirib.
"Sri-Lanka Unites” Gənclər Hərəkatının milli direktoru Liyanaaraççig Neluni Tillekeratne bu Hərəkata 25 min gəncin qoşulduğunu, gənclər arasında dözümlülüyü təbliğ etdiklərini nəzərə çatdırıb: "10 gün əvvəl Şri-Lanka terrorizm qurbanına çevrildi, 250 insan həyatını itirdi. Minlərlə gənc "Şri-Lankada zorakılığa yer yoxdur” şüarı ilə meydana axışdı. Gənclər bu sınaqdan üzüağ çıxdılar”.
"Emkan Education”-nın məktəb və məzmun üzrə direktoru və həmtəsisçisi Sara Zaini təhsildə kurrikulum proqramlarının təkmilləşdirilməsini zəruri sayıb: "Şagirdlər ilin sonunda imtahandan keçir və hər şey yekunlaşır. Uşaqların bacarıqları artırılmalıdır”.



Prezident və xanımı Bakıda mühüm forumda
Leyla Əliyevanın doğum günüdür
İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır
Mehriban Əliyeva qızını TƏBRİK ETDİ
Leyla Əliyeva bu tələbələrə təqaüd verəcək
Leyla Əliyeva Çinin xarici işlər nazirinin müavini ilə görüşüb
Leyla Əliyeva uşaq sığınacağında olub
Mehriban Əliyeva Gəncədə - FOTO
Leyla Əliyeva Azərbaycan xalqını təbrik edib
İlham Əliyev V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında - YENİLƏNDİ
Leyla Əliyeva əkizlərini belə təbrik etdi
Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 