Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsində problem yaranıb. Belə ki, vəsiqə üçün aidiyyəti qurumlara müraciət edən şəxslərə sürücülük vəsiqəsi əvəzinə blank formasında arayış verilir. Məlumat üçün bildirək ki, Azərbaycanda sürücülük vəsiqələrinin alınması ilə bağlı prosedurlara iki qurum nəzarət edir: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (ərazi üzrə idarələr) və ASAN xidmət mərkəzləri. Oxu.Az Azərbaycanda sürücülük vəsiqələrinin verilməsinin dayandırılması ilə bağlı problemin səbəbini araşdırmaq üçün yuxarıda sözügedən hər iki quruma müraciət edib. ASAN Xidmətdən problemin mövcud olduğu təsdiqlənib. Bildirilib ki, vətəndaşlara təqdim olunması üçün respublika üzrə sürücülük vəsiqələri bitib. Verilən blank isə sürücülük vəsiqəsini əvəz edir. Etibarlılıq müddəti bir aydır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə saytımıza açıqlamasında bildirib ki, yaranan problem müvəqqəti texniki xarakter daşıyır: “Bəzi insanlarda belə bir fikir yaranıb ki, guya bu, yeni sürücülük vəsiqələrinin verilməsi ilə bağlıdır. Bu düzgün deyil. Problem mövcud sürücülük vəsiqələri ilə bağlıdır”. DİN rəsmisi əlavə edib ki, müraciət edən şəxslər gələn həftə ərzində vəsiqələrlə təmin olunacaq. Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, sürücülük vəsiqələrinin dəyişdirilməsi funksiyası ASAN Xidmətə verilib. Belə ki, lazımi sənədləri Daxili İşlər Nazirliyinin ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən əməkdaşları tərəfindən hazırlanır və vətəndaşlara təqdim edir. Bu funksiyalar ASAN Xidmət mərkəzlərinin olmadığı inzibati ərazi vahidlərində Daxili İşlər Nazirliyinin şəhər, rayon polis orqanları və regional qurumları tərəfindən həyata keçirilir. Onu da bildirək ki, Daxili İşlər Nazirliyinin rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub.
Sürücülük vəsiqələrinin verilməsi dayandırıldı - Qurumlar nə deyir?



Yeni sürücülük vəsiqələrinin verilməsinə başlanılır
Sürücülük vəsiqəsinin verilməsində dəyişiklik
Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ!
Sürücülük vəsiqələri ilə bağlı YENİLİK
Əgər sürücülük vəsiqənizin vaxtı keçibsə...- Mütləq oxuyun
Yeni sürücülük vəsiqələrinin hansı özəllikləri var? - VİDEO
Azərbaycan sürücülük vəsiqələri artıq xaricdə tanınacaq
Sürücülərə xoş xəbər gəldi - Artıq sizi....
Sürücülük vəsiqələri ləğv edilir
DİN-in bu hüquqları əlindən alındı
Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
Sürücülər bu məqama görə cərimələnə bilərlər?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 