Bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd edilir. Prezident İlham Əliyev tərəfindən 2019-cu il ölkəmizdə "Nəsimi ili" elan olunaraq Nəsiminin həyat və yaradıcılığına həsr olunan silsilə tədbirlər keçirilir. Ədliyyə Nazirliyindən ONN media -ya verilən məlumata görə, mayın 3-də paytaxtın Nəsimi rayonunda yerləşən Zabitlər bağında "Mən oxudum, sən də oxu" devizi altında Ədliyyə Nazirliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə "Kitab günü" keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və məsul əməkdaşları, Yazıçılar Birliyinin, vətəndaş cəmiyyətinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri, yerli sakinlər, tələbələr və məktəblilər iştirak ediblər. Rayon icra hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Aynur Sabitova, Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov, Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev və Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək Nəsiminin 650 illik yubileyinə həsr olunan "Kitab günü"nün əhəmiyyətindən danışıblar. Bildirilib ki, ölkə Prezidentinin 2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilməsi haqqında Sərəncamı ölkəmizdə humanitar fikrə, ədəbiyyatımıza göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir. Bu münasibətlə keçirilən silsilə tədbirlər Nəsimi irsinin öyrənilməsi və təbliği baxımından müstəsna önəm kəsb edir. Çıxış edənlər Ədliyyə nazirliyi tərəfindən cəzaçəkmə müəssisələrinin kitabxana fondlarının zənginləşdirilməsi məqsədilə aksiyanın keçirilməsi təşəbbüsünü humanist addım kimi dəyərləndirərək "Kitab günü" çərçivəsində toplanmış 4 minə yaxın müxtəlif bədii, publisistik və digər elmi kitabların cəmiyyətimizin həssas təbəqəsi olan azadlıqdan məhrum edilmiş şəxslərin istifadəsinə verilməsini alqışlayıblar. "Kitab günü"ndə həmçinin, gənclərin mütaliə marağının artırılması məqsədilə "Müasir İnnovasiyalar Liseyi"nin şagirdlərinin iştirakı ilə fləşmob təşkil olunub. Tədbir musiqili-bədii proqramla davam edib.
"Nəsimi ili" çərçivəsində "Kitab günü" keçirilib



Zahid Xəlilova YÜKSƏK VƏZİFƏ verildi
“Nəsimi İli” ilə bağlı əmr imzalandı
Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi
Gəncədə “Nəsimi” fleşmobu - FOTO
İlham Əliyev yeni icra başçısı təyin etdi
Bu icra başçıları YAP-dakı vəzifələrini İTİRDİLƏR -SİYAHI
“Nəsimi ili” ölkəmizin və mədəniyyətimizin daha geniş miqyasda tanınmasına vəsilə olacaq
Prezidentin başçı təyin etdiyi gənc kimdir? - Dosye
Prezident sərəncam imzaladı
Bakıda ŞOK: yaşayış binası ÇÖKDÜ
Prezidentdən mühüm sərəncam
Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 