ONN media xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş maddə qüvvəyə minib.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:
1. 43.1-ci maddəyə "438.3," rəqəmlərindən sonra "440-1," rəqəmləri əlavə edilsin.
2. 54.2-ci maddəyə "410.3," rəqəmlərindən sonra "440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3," sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 440-1-ci maddə əlavə edilsin:
"Maddə 440-1. Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması
440-1.1. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə -
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir.
440-1.2. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə -
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
440-1.3. "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə -
vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir.".
Qeyd edək ki, dəyişikliklər bu gündən qüvvəyə minib.



Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi
Bunu edənlər 1000 MANATADƏK cərimələnəcək - YENİ QANUN
Prezident bu qanuna edilən dəyişikliyi təsdiqləndi
Bu şəxslər 5 min manat cərimələnəcək
Bu hotellər 5 min manatadək cərimələnəcək
Maska taxmamağa görə cərimələr artırıldı
Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı
Bu şəxslər üç min manat cərimə olunacaq
İlham Əliyev fərman imzaladı
Azərbaycanda dəfn QAYDALARI DƏYİŞDİ - Prezident QANUNU TƏSDİQLƏDİ
İlham Əliyev fərman imzaladı
Maska taxmamağa görə cərimələrlə bağlı qanun qəbul edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 