Ermənistan Azərbaycan Ordusunun təmas xəttidə aktivləşməsindən və Türkiyə-Azərbaycan təlimlərindən qorxuya düşüb. ONN media xəbər verir ki, Ermənistan mediası Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilən erməni hərbi birləşmələrinin əsgərlərinin müəmmalı şəkildə güllə yarası aldığını, yaxud yoxa çıxdıqlarını yazır. “Lragir” saytının məlumatına görə, aprelin 30-da 32 yaşlı gizir Arqişti Stepxanyan başından güllə yarası alıb. Mayın 4-də isə 1998-ci il təvəllüdlü əsgər Aqanik Zorolyan yaralanıb. “Bununla yanaşı, 1-3 may tarixində Azərbaycan və Türkiyə Silahlı Qüvvələri “Mustafa Kamal Atatürk-2019” təlimləri keçirdilər. Cəbhədə baş verənlər fonunda bu təlimlər diqqət çəkir”, - erməni saytı yazıb. Erməni əsgərlərin yaralanması və ya yoxa çıxmasının digər versiyası kimi ordu daxilindəki çəkişmələr də göstərilir. Belə ki, erməni zabitlər, yaxud əsgərlər bir-birilə qarşıdurma yaşayır, bəzən bir-birini güllələyərək, günahkar kimi Azərbaycan tərəfini göstərirlər. Bu versiyanın həmişə mövcud olduğuna diqqət çəkən erməni şərhçi Karpis Paşoyan isə son dövrlər Azərbaycan Ordusunun Dağlıq Qarabağ danışıqları fonunda aktivləşdiyini bildirib. “Faktların analizi göstərir ki, Azərbaycan danışıqlara paralel olaraq, cəbhədə vəziyyəti ələ alır. Hazırda baş verənlər “aprel müharibəsi”ndən öncəki vəziyyəti xatırladır. Bakının addımları İrəvanın manevr imkanlarını daraldır”, - deyə o yazıb.(publika) https://www.youtube.com/watch?v=K8bSs4Z8qlU
Ordumuzun bu addımları İrəvanı DƏHŞƏTƏ SALDI: Erməni əsgərlər bir-bir yoxa çıxır - VİDEO



Qarabağda erməni əsgər yaralanıb
Ermənistan 12 gündür iki hərbçini axtarır
CƏBHƏDƏ ATIŞMA - Erməni hərbçisi...
Qarabağda erməni hərbçi vuruldu
Qarabağdakı erməni terrorçu özünü güllələdi
Erməni əsgər başından güllələndi
Qarabağda erməni hərbçi həbs edildi
Erməni əsgər Azərbaycan tərəfindən məhv edilib?
SON DƏQİQƏ: Cəbhədə gərginlik, erməni hərbçisi öldü
Azərbaycanın ərazilərində erməni əsgər güllələnib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 