ABŞ və Çin arasında ticarət məsələləri üzrə danışıqların növbəti mərhələsinin iki gün sonra başlayacağı planlaşdırılır.
ONN media xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb. Lakin, ABŞ mətbuatı Pekinin danışıqlardan imtina edəcəyini yazır. Buna səbəb, ABŞ prezidenti Donald Trampın Çindən idxal olunan məhsullara 200 milyard dollar əlavə vergilərin tətbiq olunacağı barədə bəyanatlar səsləndirməsidir. "Ağ ev” rəhbəri buna səbəb kimi, danışıqların intensiv olmamasını göstərib. İddialara görə, müzakirələr üçün Vaşinqtona 100 nəfərdən ibarət heyət göndərməyi planlaşdıran Çin, "Ağ ev” rəhbərinin hədə dolu bəyanatlarını təhlil etdikdən sonra fikrindən daşınıb.
Xatırladaq ki, ötən ay hər iki tərəf danışıqların yekunlaşmaq üzrə olduğunu bəyan edirdi. Hətta Tramp yaxın günlərdə Pekinlə yekun sazişin imzalayacağını vurğulamışdı.
Maraqlıdır, Tramp niyə danışıqların yekunlaşmaq üzrə olduğu bir vaxtda Çini əlavə vergilərlə təhdid edəcək bəyanatlar səsləndirdi?
Belə görünür ki, ABŞ prezidenti Çinlə ticarət danışıqlarının uzanmasında maraqlıdır. Çünki, Çindən idxal olunan məhsullara əlavə vergilərin tətbiq olunması, ABŞ ictimaiyyətində böyük məmuniyyətlə qarşılandı. Xüsusilə, bu addımın yerli kiçik və orta sahibkarların inkişafı üçün önəm kəsb etdiyi vurğulanır. Hesab etmək olar ki, Tramp bu məsələni gündəmdə saxlamaqla öz nüfuzunu qorumağı planlaşdırır. Bu səbədən, ticarət danışıqlarının ABŞ-dakı növbəti prezident seçkilərinə kimi yəni, gələn ilə qədər uzanacağını gözləmək olar. Bütün bunlar qlobal ticarətə öz mənfi təsirini göstərəcək. Artıq ötən gündən başlayaraq Çin birjaları 5 faiz dəyər itirib. Bu da Vaşinqtonun maraqlarına tamamilə uyğundur.



Trampdan Çinə növbəti zərbə: 300 milyard...
Tramp Asiyaya gəlir: Danışıqlar bərpa ediləcək?
SON SAAT: "Müharibəni" bitirən imza - TARİXİ AN
Tramp Çinə qarşı iqtisadi zərbə hazırlayır
Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
Tramp SÖZ VERDİ: Putinlə bağlı qapılar arxasında…
Dünya üçün KRİTİK AY: müharibə bitəcəkmi?
ABŞ-Çin ticarət danışıqları LƏĞV EDİLDİ- SƏBƏB?
Trampdan Konqresə müraciət
Putin-Tramp görüşü niyə baş tutmadı? - Lavrovdan İTTİHAM - VİDEO
Tramp Çini cəzalandıracağına söz verdi
Çindən ABŞ-la bağlı yeni qərar - Qarşıdakı 1 il ərzində...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 