Ali Məhkəmədə dələduzluqda və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Turab Piriyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb. ONN media xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, T.Piriyevin kassasiya şikayəti təmin edilməyib. İttiham aktına əsasən, əvvəllər məhkum olunmuş T.Piriyev 2015-ci ildə Y.Hüseynovanın övladlığı T.Hüseynovun Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışında olan işi üzrə məhkəmə istintaqını aparan vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərə veriləcək rüşvətin müqabilində onun cəzasını yüngülləşdirəcəyinin mümkün olacağını bildirib, qadından 10 min manat pul alıb. Bundan başqa o, Y.Hüseynovanı dəri-zöhrəvi xəstəliyi ilə əlaqədar təqaüd alacağı və müvafiq sənədləşmə işlərini qaydasına qoyacağına dair söz verib, həmin ilin avqust ayında qadının 2500 manat məbləğində pulunu ələ keçirib. Həmçinin T.Piriyev G.Tağıyevanın ruhi-əsəb xəstəliyindən əziyyət çəkən oğlunun aylıq təqaüdünün artırılmasına dair söz verərək 2016-cı ilin avqust ayında ondan 800 manat pul alıb. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə T.Piriyevin şikayəti təmin edilməyib.
Rüşvətə görə həbs edilən şəxsin şikayətinə baxılıb



BDU-da “Şuşasız 27 il” adlı tədbir keçirilib
Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən 3 nəfərin cəzası azaldıldı
Mədəniyyət nazirinin sabiq müavini kassasiya şikayəti verib
Azərbaycanda hakim məhkəmədə HƏBS EDİLDİ
Bakıda sabiq polis əməkdaşının qızı məhkəmə zalında həbs edilib
Tanınmış prodüserdən YENİ XƏBƏR
Bakıda keçmiş polis əməkdaşının qızından ŞOK CİNAYƏT - HƏBS EDİLDİ
Falçılıqla məşqul olan şəxsə AĞIR CƏZA VERİLDİ
Bakıda məhkəmə hakimi həbs edildi - ŞOK SƏBƏB
Milli Məclisə qanunsuz daxil olan şəxslərlə bağlı QƏRAR
BDU-nun müəlliminə qarşı 50 min manatlıq dələduzluq
"Azadlıq", Meydan TV, "Turan"a qadağa ləğv edildi - ŞOK QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 