Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən ONN media-ya verilən məlumata görə, xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları və yaxınları ümummilli liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, ulu öndərin xatirəsini ehtiramla andı.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Sonra dövlətimizin başçısı və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüldü.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.



Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezident və xanımı Fəxri xiyabanda
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev və xanımı ulu öndərin məzarını ziyarət ediblər
Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
Ərdoğan Heydər Əliyevin məzarını ziyarət edib
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi
Prezident Fəxri Xiyabanda - Canlı
İlham Əliyev Zərifə Əliyevanın məzarını ziyarət etdi
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 