ONN media xəbər verir ki, naməlum vandallar mayın 9-da Krım yarımadasındakı Sevastopol şəhəri yaxınlığında Krım tatarlarının müharibə abidəsini dağıdıblar.
Bu abidə II Dünya Müharibəsi illərində həlak olmuş Krım tatarlarının xatirəsinə ucaldılıb.
Krım tatarlarının icması mayın 9-da sındırılmış abidənin fotolarını yayıb. Bu abidənin indi artıq sındırılmış qara mərmər daşında 57 tatar da daxil 64 krımlının adları yazılmışdı.
Abidəni üç gün bundan əvvəl Sevastopol yaxınlığındakı Orlovka kəndində Krım tatar icması ucaltmışdı.
Ukraynanın Krım yarımadası Rusiya tərəfindən 2014-cü ildə ilhaq edilib. O vaxtdan bəri bölgənin Krım tatar azlığı Rusiya tərəfindən təyin edilmiş hakimiyyət orqanları tərəfindən repressiyalara məruz qalıb.
1944-cü ilin mayında sovet diktatoru İosif Stalin bütün Krım tatar xalqının yarımadadan deportasiyası barədə direktiv imzalamışdı. Onlar əsassız olaraq nasistlərə rəğbətdə ittiham olunurdular.
Qazaxıstana və keçmiş Sovet İttifaqının başqa ucqarlarına sürgün əməliyyatı zamanı və sürgün həyatının ilk aylarında on minlərlə Krım tatarı ölmüşdü.
Onlar yalnız 1980-ci illərdə sovet lideri Mikhail Gorbachev-in zamanında öz yurdlarına qayıda bilmişdilər.
Krımın de facto hakimiyyəti Orlovkadakı abidənin dağıdılmasına hələki reaksiya verməyib.



18 may 1944-cü il Krım tatarları sürgün edilib
Rusiya Krım körpüsünü bağladı
18 may 1944-cü il Krım tatarları sürgün edilib
Moskva Krım məsələsini Ankara ilə müzakirə etmək istəyir
Krım körpüsünə partlayışa görə nə qədər ziyan dəyib?
Ərdoğandan kritik Krım açıqlaması
Krım körpüsündə yanğın başlayıb- HƏRƏKƏT DAYANDI
Bu ölkədə Qurban və Ramazan bayramları dövlət bayramı olacaq
Ukrayna: Krım körpüsünün vurulması an məsələsidir!
Krımda güclü partlayış olub- NƏ BAŞ VERİR?
Krım partlayışında neçə nəfər ölüb?
Krım Rusiyanın Qərbə ilk əks-hücumu idi - Surkov
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 