Ötən gün Bakıda bir neçə işçi bədbəxt hadisələrin qurbanı olub. ONN media xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Belə ki, Yasamal rayonunda mayın 10-da təxminən 17:00 radələrində “Azəristiliktəchizat” ASC-nin Yeni Yasamal 2 yaşayış massivi ərazisində yerləşən qazanxanasının damından 60 yaşlı qaynaqçı Cəbiyev Ramiz Ağamalı oğlu yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəyə səbəb fəhləni qaldıran kranın lyuk hissəsini saxlayan trosun qırılması olub. Nərimanov rayonu İslam Abışev küçəsində yerləşən “Rüzgar” kiçik biznes qarajında baş verən bədbəxt hadisə zamanı da işçi ölüb. Qusar rayon sakini, 48 yaşlı Novruzbəyov Gülbala Sədrəddin oğlu yük maşınının təkərində apardığı qaynaq işlər zamanı baş verən partlayış nəticəsində ölüb. Suraxanı rayonunda Əmircan qəsəbə sakini, 47 yaşlı Əliyev Fazil Qardaşxan oğlu da ölüb. Kişi özəl sifariş üzrə təmir işləri aparan zaman evin damından yıxılıb. Faktlarla bağlı araşdırmalar aparılır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi sektorunun müdiri Azər İsmayılov Oxu.Az-a açıqlamasında bildirib ki, idarə əməkdaşları hadisələr baş verən yerlərdə olub və araşdırmalar başlanılıb. Yaxın günlərdə bədbəxt hadisələrin səbəbləri məlum olacaq. Onun sözlərinə görə, iş verənlərin texniki təhlükəsizlik qaydalarına riayət etmədiyi məlum olarsa, İnzibati Xətalar Məcəlləsinə görə onlar min manatdan iki min manatadək cərimə olunacaqlar. Bundan başqa, icbari sığorta olmaması üçün də cərimə nəzərdə tutulub.
Bakıda işçilər faciəvi şəkildə öldü



Bakıda BƏDBƏXT HADİSƏ - Evi tikən usta...
Bakıda kişi dəm qazından boğulub öldü
Bakıda qadın faciəvi şəkildə öldü
BƏDBƏXT HADİSƏ: Atanı oğlunun evində "tok" vurub ÖLDÜRDÜ
Göygöldə dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu
"Bakubus" avtobusu dəhşətli qəza törətdi - ÖLƏN VAR
Bədbəxt hadisə- 7 yaşlı körpə öldü
Bakıda 40 yaşlı kişi 9-cü mərtəbədən yıxıldı
Xaçmazda tikintidə bədbəxt hadisə - ÖLƏN VAR
29 yaşlı gənc evində ÖLÜ TAPILDI
Bakıda kişi məktəbli qızı oğurladı və...- DƏHŞƏT
Qəbələdə faciəvi hadisə - 3 YAŞLI UŞAQ ÖLDÜ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 