"Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycana qarşı ciddi kampaniyanı aparanlar müxtəlif bəhanələrdən istifadə edirlər. Bu bəhanələrin sırasında dayananlardan biri idman yarışlarıdır".
ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, bu, birinci dəfə deyil: "Azərbaycanda heç də siyasi kampaniya xarakteri daşımayan çox müxtəlif mötəbər tədbirlər keçirilən zaman ölkəyə qarşı fəaliyyət göstərən qüvvələr hərəkətə keçir və Azərbaycanın imicinin üzərinə kölgə salmağa çalışır. Bu, ölkəmizin dünyada artan nüfuzunun, onun yerinin və əhəmiyyətinin bilavasitə nəticəsidir".
O qeyd edib ki, Azərbaycanı sevməyən, ölkəyə qarşı kampaniya aparan qüvvələr ölkənin nüfuzunun artmasından narahatlıq hissi keçirir və çirkin əməllərindən qalmırlar: "Təbii ki, burada erməni lobbisinin çirkli fəaliyyətini qeyd etmək lazımdır. Əlbəttə ki, onlar Azərbaycanın yüksələn nüfuzu qarşısında vahiməyə düşür, bizə qarşı çirkin kampaniyanı gücləndirirlər. Onlara dəstək verənlər də var. Bu, Azərbaycanın uğuruna inkişafına müxtəlif tədbirlərin keçirilməsinə ev sahiblik etməsinə əngəl olmayacaq".
Ə.Əhmədov bildirib ki, ölkədə keçirilən tədbirlər yüksək səviyyədə təşkil olunduğu kimi bu ayın sonundakı idman tədbiri (mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının finalı nəzərdə tutulur) də yüksək səviyyədə baş tutacaq: "Azərbaycan sabit və təhlükəsiz ölkədir. Dünyanın hər bir yerində bunu bilirlər. Azərbaycana gələn qonaqlar da burada olmaqlarından həzz alacaqlar. İdman yarışında iştirak etməklə yanaşı, Bakının gözəlliklərindən həzz ala biləcəklər. Bu tədbirə çox sayda insanların gəlməsi ilə ölkəmizə qarşı kampaniya aparanlara böyük zərbə vurulacaq. Azərbaycan sabitliyi,əmin-amanlığı, inkişafı və təhlükəsizliyi ilə dünyada birmənalı şəkildə tanınır. Ölkəmizin keyfiyyətləri etiraf edilir və heç bir qarayaxma kampaniyası bu keyfiyyətləri azalda bilməyəcək".



YAP: Sosial şəbəkələrdən sui-istifadə edilir
Saxta dərman satanlara qarşı sərt mübarizə aparılacaq - AÇIQLAMA
Əli Əhmədov: Azərbaycana qarşı şər-böhtan kampaniyasına başlayıb
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
Total səfərbərlik elan edilməlidir - Fazil Mustafa
Əli Əhmədov: "Bu bəyanatın özü də ailə üçün çox ağırdır"
Ərdoğan: “İlham Əliyev də dedi ki, onun ölkəyə girişinə imkan vermərəm”
XİN: Fransanın Azərbaycana qarşı həyata keçirdiyi kampaniya cavabsız qalmayacaq
Əli Əhmədov: "Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır"
"Müxalifət xəyal qırıqlığı yaşayır” - Əli Əhmədov
Millət vəkili: Bu şəxsləri Mehman maraqlandırmır
Əli Əhmədov: "Parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürünün ifadəsidir"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 