Ümumdünya Səhiyyə təşkilatı xəbərdarlıq edir. ONN media xəbər verir ki, təşkilat dünyada sürətlə yayılan unutqanlıq probleminin kütləvi insan faciəsinə çevrilə biləcəyini deyir. Bildirilir ki, insanlar nizamlı şəkildə idman edərək, siqaret və spirtli içkidən imtina etməklə, həmçinin normal çəkidə qalmaq şərtilə, qan təzyiqi və qanda şəkərin miqdarının səviyyələrini qoruyaraq unutqanlığın yayılma riskini azalda bilərlər. Unutqanlığın ən güclü risk faktoru yaşdır. Lakin yaşlanmanın unutqanlığın təbii və qaçınılmaz nəticəsi olmadığı vurğulanır. Təşkilatın baş katibi Tedros Adhanom verdiyi açıqlamada növbəti 30 ildə unutqanlıqdan əziyyət çəkən insan sayının 3 qat artacağını gözlədiklərini deyib. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, unutqanlıq dünyada ən sürətlə yayılan sağlamlıq problemlərindən biri halına gəlib. Qlobal miqyasda bu xəstəliyin daşıyıcılarının sayı 50 milyondur. Bu rəqəm hər il daha 10 milyon artır. Təşkilatın təxminlərinə görə, unutqanlıq dünya iqtisadiyyatına 2030-cu ilə qədər 2 trilyon dollara zərər vuracaq. Unutqanlığın ən çox rast gəlinən forması Alzaymerdir. Bu xəstəlik gündəlik aktivliyin azalması və bacarıqların məhdudlaşması ilə ortaya çıxan nevro-psixiatrik simptomlardan ibarətdir. Beynəlxalq Alzaymer Xəstəliyi Qurumu (ADİ) və Yaşlanma üzrə Qlobal Koalisiyanın (GCOA) indeksinə görə, 2050-ci ildə unutqanlıqdan əziyyət çəkənlərin 70%-i inkişaf etmiş ölkələrin payına düşəcək.(publika)
ÜST HƏYACAN SİQNALI çalır - Yaxın 30 ildə...



Ən qısa zamanda Azərbaycana 84 min peyvənd göndəriləcək - ÜST
Siqaret çəkən və spirtli içki içənlərin nəzərinə - ÜST xəbərdarlıq etdi
Dünyanın 23 ölkəsində yeni "omikron" ştamı aşkarlandı
ÜST-dən bununla bağlı XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatı ŞAD XƏBƏRİ AÇIQLADI
ÜST-dən Qarabağ və Şərqi Zəngəzurla bağlı AÇIQLAMA
ÜST: “Omikron” ştamına yoluxma sürətlə artır"
İlham Əliyev Sağlamlıq Günü münasibətilə müraciət etdi
Koronavirus xəstələrinin ən çox buna ehtiyacı var - ÜST
İlham Əliyev Azərbaycanın pandemiya ilə mübarizəsindən danışdı
Əli Əsədov ÜST rəhbəri ilə görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 