Ermənistanda Nikol Paşinyanın erməni hərbi birləşmələri baş qərargahının kəşfiyyat idarəsinin keçmiş rəhbəri, “aprel müharibəsi”ndə erməni ordusunun məğlubiyyətinə görə əsas günahkar olaraq təqdim olunan Arşak Karapetyanı özünə müşavir təyin etməsinin səbəbi məlum olub.
Paşinyan Karapetyanı ötən ilin dekabrında vəzifəyə gətirib.
Onun bu addımı ermənilər tərəfindən ciddi narazılığa səbəb olmuşdu. Çünki Ermənistanda “aprel müharibəsi” zamanı kəşfiyyat idarəsinin rəhbəri olmuş Karapetyanın Azərbaycan Ordusunun hərəkəti haqqında dəqiq məlumat verə bilmədiyi üçün məğlub olduqlarını hesab edənlər var.
Keçmiş prezident Serj Sarkisyan məğlubiyyətdən sonra Karapetyanı vəzifəsindən çıxararaq Moskvada hərbi attaşe təyin etdi.
Lakin Nikol Paşinyan hakimiyyətə gələndən sonra Karapetyanı geri çağırdı və özünün müşaviri vəzifəsinə gətirdi. Paşinyan bildirdi ki, o, “aprel müharibəsi”nə dair yüzlərlə məxfi sənədi oxuyub, amma heç birində kəşfiyyatın səhvinə dair məlumat əldə edə bilməyib.
Erməni şərhçi Akop Badalyan isə Azərbaycan Ordusunun qarşısından qaçan kəşfiyyat generalının Paşinyan tərəfindən vəzifəyə gətirilməsinin şok səbəbini açıqlayıb.
“Robert Koçaryana qarşı 1 mart işi üzrə irəli sürülən ittihamlar Karapetyanın xüsusi ifadələri əsasında irəli sürülüb. Karapetyan ifadələrində bildirib ki, 2008-ci ilin 23 fevralında Robert Koçaryan müdafiə naziri olan Mikayel Artünyanı ordudakı vəziyyətə nəzarət edə bilməməkdə ittiham edib. Hətta Artünyan müavini Manvel Qriqoryanın harada olduğunu belə bilmirmiş. Bu ifadələr əsasında Koçaryanın həbsi mümkün olub. Paşinyan da Koçaryanı satan generalı özünə müşavir təyin edib. Bu faktı Koçaryanın vəkilləri də təsdiqləyiblər”, – deyə erməni şərhçi bildirib. publika.az



Ermənistanda hərbi çevriliş ola bilər?- Ekspert
Paşinyan onu müdafiə naziri təyin etdi
Paşinyan erməni diasporunun məğlub olduğunu ETİRAF ETDİ
Paşinyan istefa verib?
Paşinyan baş nazir təyin edildi
Paşinyan çəkiclə gəldi, Sarkisyan müharibə anonsu verdi
“Aprel müharibəsi” yenidən qayıdır?
Paşinyan məğlubiyyətdən sonra onu da İŞDƏN AZAD ETDİ
Paşinyan Mnatsakanyanı geri qaytarır
Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi
Paşinyan Zəngəzura yeni qubernator təyin etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 