Ermənistan silahlı qüvvələri 5-ci korpusunun komandanı, polkovnik Andranik Piloyanın dövlət sərhədinin Naxçıvan sahəsindəki vəziyyətə dair səsləndirdiyi fikirlərə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən münasibət bildiriblər. Müdafiə Nazirliyindən ONN media -ya daxil olan açıqlamada qeyd edilib ki, Naxçıvan istiqamətində mövcud vəziyyət barədə erməni polkovniki Andranik Piloyanın səsləndirdiyi fikirlər xəyal etdiyini həqiqət kimi qələmə verməkdən başqa bir şey deyil. "Hər dəfə Azərbaycan tərəfi genişmiqyaslı hərbi təlimlər keçirərkən erməni ictimaiyyətində yaranan təşvişi görən Ermənistanın hərbi rəhbərliyi bu cür dezinformasiya xarakterli məlumatları mətbuata sızdırır. Düşmən döyüş meydanında məruz qaldığı uğursuzluğu KİV nümayəndələrinə absurd bəyanatlar verməklə ört-basdır etməyə çalışır və beləliklə də özlərini Azərbaycan xalqının qarşısında gülünc vəziyyətdə qoyurlar. O ki qaldı Azərbaycan Ordusunun Naxçıvan istiqamətində keçən il qurduğu mövqeləri guya təminat səbəbindən tərk etməsi barədə söylənilən absurd fikirlərə, bu da tam yalandır. Ermənistan tərəfindən fərqli olaraq, hazırda Azərbaycan əsgərinin yerləşdiyi yüksəkliklərdə elə bir post və döyüş mövqeyi yoxdur ki, ora hərtərəfli təmin olunmasın. Həmin mövqelər kommunikasiya xətləri və mövsümə uyğun olaraq bütün təminat növləri ilə təchiz edilib”, - Müdafiə Nazirliyindən bildirilib.
Erməni polkovnikin Naxçıvan yalanı - RƏSMİ AÇIQLAMA



Müdafiə Nazirliyi daha bir AÇIQLAMA YAYDI: Bu gün saat 09:30-dan etibarən...
SON DƏQİQƏ: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Müdafiə Nazirliyindən Ermənistana CAVAB
SON DƏQİQƏ: Ermənistan atəşkəsi pozdu: Ordumuz cavab atəşi açdı
Ermənistan mətbuatında yayılan məlumat barədə - RƏSMİ AÇIQLAMA
SON DƏQİQƏ: ermənilər Naxçıvan istiqamətindəki mövqelərimizi atəşə tutdu, hərbçimiz yaralandı
Müdafiə Nazirliyindən Sərkisyanın iddiasına REAKSİYA
Ermənilər Qaragöldə belə mühasirəyə salındılar - FOTOLAR
Azərbaycan və Türkiyə qırıcıları Naxçıvan səmasında
Ermənistan Naxçıvanı atəşə tutdu
Ermənilər Kəlbəcər istiqamətində bölmələrimizə atəş açdı - RƏSMİ
Naxçıvan istiqamətində GƏRGİNLİK: Düşmən mövqelərini irəli çəkmək istədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 