Dinc dövrdə hərbi xidmət zamanı ölən erməni hərbi qulluqçuların valideynləri bu gün yenidən Ermənistanda hökumət binası qarşısında toplaşıblar.
ONN media xəbər verir ki, etirazçılar övladlarının ölümünün əsl səbəblərinin ortaya çıxması üçün hökumətdən ədalətli istintaq aparılmasını tələb ediblər.
Dinc dövrdə ölmüş erməni hərbçilərin anaları həmçinin Ermənistan hökumətini orduda baş vermiş insidentlərin obyektiv araşdırılması ilə bağlı vədlərini yerinə yetirməməkdə ittiham edib.
Rəsmi versiyaya görə, baş beyin şişindən ölmüş Artur Xəzəryan adlı hərbçinin anası İrina jurnalistlərə ölümün araşdırılması üçün yaradılan komissiyanın bu yaxınlarda ilk iclasının keçirildiyini bildirib. Onun sözlərinə görə, suallarına cavab tapmaq ümidi ilə yollandığı iclasda bunun əvəzinə yeni suallar ortaya çıxıb:
“Ekspertlər işə dair materiallarla ümumiyyətlə tanış deyildilər”.
Erməni qadın hakimiyyətin verdiyi sözü yerinə yetirmədiyini və hazırda heç bir ölümlə bağlı obyektiv araşdırmadan söhbət belə getmədiyini qeyd edib.
Xatırladaq ki, ötən ilin iyul ayında Ermənistanın Baş naziri Nikol Paşinyan dinc dövrdə hərbi xidmət zamanı ölən erməni hərbçilərin valideynləri ilə görüşmüşdü. Valideynlərin şikayətlərini dinləyən Paşinyan məsələlərin ciddi şəkildə araşdırılacağına və prosesə nəzarət edəcəyinə söz vermişdi.axar.az



Daha 31 erməni hərbçinin meyiti təhvil verildi
Qarabağda ölən erməni əsgərlərinin valideynləri aksiya keçirir
Ermənistan 12 gündür iki hərbçini axtarır
Əsirlikdən azad ediləcək şəxsin anası danışdı
Erməni hərbçilərin meyitlərinin qalıqları qarşı tərəfə verildi
Erməni hərbçisinin meyiti tapıldı
İRƏVAN QARIŞDI: Nazirin istefası tələb olunur - NİYƏ?
Rüstəm Muradov ölümlə təhdid edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 