Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 2-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 37670 şagird üçün buraxılış imtahanının ikinci mərhələsini keçirib. ONN media xəbər verir ki, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İyunun 3-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək. Qeyd edək ki, imtahan ilə əlaqədar şagirdlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Şagirdlər Apelyasiya Komissiyasına 3, 4 və 7 iyun 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Buraxılış imtahanlarının ikinci mərhələsi başa çatdı



Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi başa çatıb
II və III ixtisas qrupları üzrə qəbul imtahanı başa çatdı
Bu gün 37 670 şagird buraxılış imtahanı verir
Qəbul imtahanı başa çatdı
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb
İmtahan nəticələri bu tarixdə ELAN OLUNACAQ
Qızdırması olan 4 şagird imtahana buraxılmadı
I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
İmtahana telefon keçirmək istəyən abituriyentlər qovuldu
lV qrupa qəbul imtahanı başa çatdı
Ehtiyatda olan hərbiçilərin toplanışı ilə bağlı RƏSMİ CAVAB
ll qrup ali məktəblərə qəbul imtahanı keçirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 