Builki təqvimə əsasən, fitrə zəkatı bayram namazına qədər, iyunun 4-ü axşam saatlarından iyunun 5-dək çıxarılmalıdır. Daha dəqiq desək, bayram namazına qədər (08:00 və ya 09:00-a qədər) çıxarılması vacibdir. Gecə və ya gündüz fitrə çıxarmağa imkan yoxdursa, günorta namazına qədər çıxarıla bilər. Bu sözləri ONN media-ya Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli fitrə zəkatının miqdarı və nə vaxt çıxarılması ilə bağlı danışarkən deyib. Hacı Şahin bildirib ki, fitrə zəkatı verməyənlərin orucu qəbul olunmaz: “Hədislərdə qeyd olunur ki, fitrə zəkatı verməyənin orucu qəbul olunmaz. Buna əsasən oruc tutan hər bir müsəlman bayram namazına qədər fitrə çıxarmalıdır. Bu, orucun qəbul olunmasının şərtlərindən biridir. Fitrə zəkatının miqdarı QMİ tərəfindən təqribən 5-10 manat civarında müəyyənləşdirilib. Ancaq əlbəttə ki, hər ailə istədiyi miqdarda fikrə zəkatı çıxara bilər. Ailə üzvlərinin hərəsinin adından 3 kiloqram arpa, buğda, xurma, kişmiş, düyü kimi ərzaq növlərini fitrə zəkatı çıxarmaq lazımdır. Məsələn, ailədə 5 nəfər varsa, ailə başçısı tərəfindən 25-50 manat məbləğində fitrə zəkatı çıxarılmalıdır”. Hacı Şahin bildirib ki, fitrə zəkatı təkcə fərdi ibadət deyil, həm də sosial mahiyyəti olan bir ibadətdir. Bu səbəbdən imkanlı şəxslər ehtiyac içində olan insanları unutmamalıdır: “Ramazan ayında oruc tutmağın fəlsəfəsindən biri də ehtiyaclı insanların halından xəbərdar olmaqdır”.
Fitrə zəkatı nə vaxt və nə qədər çıxarılmalıdır?



Fitrə zəkatının miqdarı nə qədərdir və necə çıxarılır?
Fitrə nə vaxt və nə qədər verilməlidir? – QMİ
Fitrə zəkatını bank kartlarına köçürməklə çıxarmaq olar?
Fitrə zəkatı nə qədər verilməlidir? - VİDEO
Ramazanda nə qədər zəkat verilməlidir? - QAYDASI VƏ MİQDARI
Bu il veriləcək fitrə zəkatının məbləği AÇIQLANDI
Fitrə zəkatı ərzaqla verilməlidir?
Bu il də Ramazan bayramında camaat namazı qılınmayacaq?
Fitrə necə, nə vaxt və nə qədər çıxarılır? - İlahiyyatçı
Şeyx müsəlmanları təbrik etdi
Sabah Azərbaycanda Ramazan ayı başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 