Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan (sabiq mətbuat katibi) ölən erməni əsgərləri arasında müddətli həqiqi hərbi xidmətdə olan iki hərbçinin olması barədə ittihamlara cavab verib. ONN media xəbər verir ki, Ovannisyan onların ön cəbhədə deyil, daha arxadakı hissəyə endirilən zərbə nəticəsində öldüyünü bildirib. “Elan etdiyimiz kimi, ön cəbhədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər yoxdur. Onlar arxa hissədə xidmətdə ikən endirilən zərbə nəticəsində ölüblər”, - o deyib. A.Ovannisyan hazırda sərhəddə hərbi əməliyyatın davam etdiyini, ona görə də təkcə ön cəbhədəkilərin deyil, bütün bölmələrin hərbi vəziyyətdə olduğunu bildirib. Qeyd edək ki, bundan öncə Ermənistan MN ön cəbhədə yeni çağırışçıların olmadığını bildirmişdi. Ölənlər arasında müddətli hərbi xidmətdə olan iki şəxsin olması isə MN-in yalan məlumat yaydığı haqda ictimaiyyətdə rəy yaradıb. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi cəza əməliyyatının davam etdiyini, ermənilərin cəbhə xəttinin dərinliklərində yerləşən atəş nöqtələrinə də zərbələr endirildiyini, düşmənin 100-dən artıq itkisinin olduğunu açıqlayıb. Buna baxmayaraq, ermənilər yalnız bu gün 6 əsgərlərinin öldüyünü etiraf ediblər. Digər itkiləri isə hələ də gizlədirlər.
Bu əsgərlər harada və necə ölüb? - Ovannisyan AÇIQLADI



Azərbaycanda bu uşaqlara PUL VERİLƏCK
Artsrun qayıtdı? – Ermənistan itkilərini belə gizlədir
Ovannisyan etiraf etdi: Ağdərədəki bölmələr məhv edilib
Bu hərbçilərin övladlarına MÜAVİNƏT ÖDƏNİLƏCƏK
Ermənistanla sərhəddə atışma- Yaralı var
Ermənistan ordusunun əsgəri öldü
Ermənistanda hərbi hissədə əsgərlər qiyama cəhd etdi
Müdafiə Nazirliyi əsgərin paylaşımına münasibət bildirdi
Azərbaycanda hərbi xidmətə çağırış başladı
Bu uşaqlara gələn aydan PUL VERİLƏCƏK
Ermənistanın daha bir hərbçisi öldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 