ONN İnformasiya Agentliyi

Bu gün Milli Məclis 39 məsələyə baxacaq

Bu gün Milli Məclis 39 məsələyə baxacaq
15 Dekabr 2017 - 8:44

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

ONN media Trend-ə istinadən bildirir ki, iclasda ilk öncə "2013-cü il 13 avqust tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) – "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında" Protokolun təsdiq edilməsi məsələsinə baxılacaq.

Daha sonra "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. İclasda həmçinin "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" layihə, Seçki Məcəlləsinə, Mülki Məcəlləyə dəyişikliklər edilməsi, o cümlədən "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında" qanuna dəyişiklik edilməsi və digər məsələlər mazakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 39 məsələ daxildir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png